Accessibility links

Tailandda partlayış baş verib


Tailand rəsmilərinin bildirdiyinə görə, paytaxtda baş vermiş partlayış təxminən 24 nəfərin yaralanmasına səbəb olub.

Rəsmilər bu gün Banqkokda, hərbi xəstəxana yaxınlığında partlayışın hərbi çevrilişin üçüncü ildönümünə təsadüf etdiyini bildirib.

Partlayış baş verən yerdə batareya və naqil qırıntıları aşkar edilib.

Partlayışın məsuliyyətini üzərinə götürən olmayıb.

Bunun demokratik yolla seçilmiş hökumətin 2014-cü ildə çevriliş nəticəsində dəyişilməsi ilə əlaqəsi olub-olmadığı aydın deyil.

XS
SM
MD
LG