Tailanddan alınan xəbərdə bildirilir ki, ölkənin şimalındakı üç vilayətdə fövqəladə vəziyyət elan edilib. Lakin belə bir vəziyyətin paytaxt Banqkok da daxil edilməklə, digər bölgələrdə də həyata keçiriləcəyi deyilir. Hökumət mart ayından başlayaraq həftələrlə davam edən və ölümlə nəticələnən hökumətə qarşı etiraz aksiyalarının təkrar olunmasından ehtiyat edərək, iyul ayının 6-dan etibarən ölkə boyu fövqəladə vəziyyəti əlavə 3 ay uzadıb. Fövqəladə vəziyyətin hökm sürdüyü bölgələrdə hərbi qüvvələrin azad hərəkətə məhdudiyyət, senzura tətbiq etməklə sülhü saxlamaq imkanları asanlaşır.
İyul ayının 6-dan etibarən ölkə boyu fövqəladə vəziyyəti əlavə 3 ay uzadılıb