Accessibility links

Çin ABŞ-a rəsmi etiraz notası təqdim edib


Çin ABŞ-a rəsmi etiraz notası təqdim edib. Nota Amerika prezidentinin ABŞ hərbi gəmilərinin Tayvana getməsinə yol açan qanunu imzalamasından sonra verilib.

Pekin özünü idarə edən Tayvanı ərazisi hesab edir.

Prezidentin bu həftə imzaladışı hərbi büdcə barədə qanun Tavyanla ABŞ arasında hərbri gəmilərin biri-birinə yaxınlaşmasına yol verir. Bu, 1979-cu ildə Tayvanla doplomatik əlaqələrin gərginləşməsi və Çinlə münasibətlər qurulmasından sonra ilk belə bir ölçüdür.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kanq müxbirlərə bildirib ki, qanunun legitimliyini sual edərək, bunun "Vahid Çin "siyasətinə zidd və Çinin daxili işlərinə müdaxilə olduğunu bildirib.

Sözçü əlavə edib ki, Pekin Tayvanla ABŞ arasında hər bir rəsmi mübadilə, hərbi əlaqə və silah satışının əleyhinədir.

Son günlər Çinin Tayvanı işğal edəcəyi barədə xəbərdarlılqarı gərginliklər yaradıb.

Tayvan Çindən 1949-cu ildə Çinin vətəndaş müharibəsi zamanı ayrılıb. Tayvan özünü suveren ölkə hesab etsə də, heç vaxt müstəqilliyini elan etməyib.

Çin isə Tayvanın nəzarətini geri alacağını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG