Çərşənbə axşamı Tayvanda məşğul magistralda gedən tur avtobusunun qaəzaya uğrayıb yanması nəticəsində ölən 26 nəfərdən 24-ü çinli turist olub.
Yerli yanğınsöndürmə məntəqəsinin rəsmisi Lai Çi-Çonq hadisə yerindən oradakı vəziyyət barədə danışıb.
“Bu tur avtobusu bir qrup çinli tursitləri daşıyırdı. Yanmış avtobusun içində 26 cəsəd aşkar etdik. Onların qaçmağa imkanları olmayıb. Hamısı avtobusun içində ölüb.”
Yoldan keçən bir neçə sürücü yanğını söndürməyə nail olmayıb.
Polisin bildiridiyinə görə, avtobus turist qrupunu Taypeyin Taoyuan Beynəlxalq Hava Limanına aparırmış. Onlar bir həftə davam edən ziyarətdən sonra Çinə geri dönəcəklərdi. Amma avtobus sürücüsü sükanın nəzarəti itirib və yol kəsicisinə dəyərək alovlanmağa başlayıb.
Çinin Tyavan üzrə Məsələlər Offisi qurbanların ailələrinə yardım göstərmək üçün adaya nümayəndələrini göndərir.
Çərşənbə günü baş verən qəzada ölən 26 nəfərdən ikisi avtobusun sürücüsü və tur bələdçisidir. Onların hər ikisi tayvanlıdır. Ölənlərdən üçü isə 12-13 yaşları arasındakı üç uşaqdır.
Bu faciə Çin və Tayvan arasında yanvar ayında müstəqillik tərəfdarı prezident Tsai İnq-ven seçiləndən sonra pisləşən ikitərəfli münasibətləri daha da gərginləşdirə bilər. Prezident Tsiai vəzifəyə gələndən bəri çinli tursitlərin sayının azaldığı deyilir.