Accessibility links

Tbilisidə minlərlə insan Rusiya əleyhinə etiraz aksiyası keçirib


Martın 6-da Gürcüstanın paytaxtı Tbilisidə minlərlə insan Rusiya əleyhinə etiraz aksiyası keçirib. Askiya Rusiyanın Gürcüstandakı keçmiş səfirliyi yerləşən binanın önündə baş tutub.

Aksiya iştirakçıları Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlığa qarşı petisiya üçün imza toplayıblar.

"Milli Vahid Hərəkatı"nın keçirdiyi aksiyanın şüarı "Qazproma Yox!" olub.

Aksiya iştirakçıları bildiriblər ki, Rusiya hakimiyyəti öz təbii sərvəti - qazdan istifadə edərək, digər ölkələrə təsir edir. Rusiyanı nəinki Suriya, Ukraynadakı müharibəyə, digər ölkələrdə, eləcə də Azərbaycandakı vəziyyətə görə suçlayıblar.

Aksiya iştirakçıları əllərində Rusiyada həbsdə olan ukraynlı qadın hərbçi Nadejda Savcenkoya da azadlıq istəyiblər.


Azərbaycanla razılıq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstana təbii qazın nəqlini 500 milyon kubmetr artıracaq və qazdoldurma stansiyaları üçün sosial qazın qiymətini endirəcək. Bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

SOCAR və Gürcüstan arasında 2011-ci ilin dekabrında bağlanmış memoranduma müvafiq düzəlişlər cümə günü edilib. Sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstanın energetika naziri imzalayıb.

Bizim ölkənin sonrakı illərdə Azərbaycandan əlavə olaraq 500 milyon kubmetr qaz almaq imkanı olacaq

“Bir neçə görüşdən və səmərəli işdən sonra bizim tərəfdaşımız – Azərbaycan hökuməti və SOCAR rəhbərliyi Gürcüstana əlavə həcmdə qaz verilməsi barədə qərar qəbul ediblər. Bizim ölkənin sonrakı illərdə Azərbaycandan əlavə olaraq 500 milyon kubmetr qaz almaq imkanı olacaq”, Kaladze Abdullayevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi texniki məhdudiyyətlər səbəbindən yaranmış problemi aradan qaldırmaq üçün hər şeyi edib.

“Paralel olaraq SOCAR-dan alınan sosial qazın qiyməti azalıb. Bundan əlavə, SOCAR qazdoldurma stansiyalarına verilən qaz üçün qiyməti min kubmetrə görə 35-40 dollar azaltmağa hazır olduğunu bildirib. Bu razılaşmalar illərlə bizim ölkələri birləşdirən dostluq, mehriban qonşuluq münasibətləri və birgə strateji maraqların parlaq nümayişidir”, Kaladze vurğulayıb.

Bu razılaşmadan sonra Gürcüstana Rusiya və İrandan əlavə qaz lazım deyil.

Eyni zamanda Kaladze əlavə edib ki, Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar hələlik başa çatmayıb.

“Biz bir neçə gün öncə Gürcüstan tərəfinin son təklifini onlara göndərdik. Təklif bundan ibarətdir ki, biz əvvəlkitək tranzit ödəmələrinin 10%-ni xammal şəklində, yəni təbii qaz kimi almalıyıq. Lakin (SOCAR ilə razılaşmadan sonra) bu mərhələdə bizə əlavə qaz lazım deyil.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstana təbii qazın nəqlini 500 milyon kubmetr artıracaq və qazdoldurma stansiyaları üçün sosial qazın qiymətini endirəcək. Bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

SOCAR və Gürcüstan arasında 2011-ci ilin dekabrında bağlanmış memoranduma müvafiq düzəlişlər cümə günü edilib. Sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstanın energetika naziri imzalayıb.

“Bir neçə görüşdən və səmərəli işdən sonra bizim tərəfdaşımız – Azərbaycan hökuməti və SOCAR rəhbərliyi Gürcüstana əlavə həcmdə qaz verilməsi barədə qərar qəbul ediblər. Bizim ölkənin sonrakı illərdə Azərbaycandan əlavə olaraq 500 milyon kubmetr qaz almaq imkanı olacaq”, Kaladze Abdullayevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi texniki məhdudiyyətlər səbəbindən yaranmış problemi aradan qaldırmaq üçün hər şeyi edib.

“Paralel olaraq SOCAR-dan alınan sosial qazın qiyməti azalıb. Bundan əlavə, SOCAR qazdoldurma stansiyalarına verilən qaz üçün qiyməti min kubmetrə görə 35-40 dollar azaltmağa hazır olduğunu bildirib. Bu razılaşmalar illərlə bizim ölkələri birləşdirən dostluq, mehriban qonşuluq münasibətləri və birgə strateji maraqların parlaq nümayişidir”, Kaladze vurğulayıb.

Hökumət Azərbaycandan əlavə qaz almaqla, Gürcüstanın Rusiyandan asılılığına son qoymalıdır

Eyni zamanda Kaladze əlavə edib ki, Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar hələlik başa çatmayıb.

“Biz bir neçə gün öncə Gürcüstan tərəfinin son təklifini onlara göndərdik. Təklif bundan ibarətdir ki, biz əvvəlkitək tranzit ödəmələrinin 10%-ni xammal şəklində, yəni təbii qaz kimi almalıyıq. Lakin (SOCAR ilə razılaşmadan sonra) bu mərhələdə bizə əlavə qaz lazım deyil.

Müxalifət lideri David Bakradze deyib ki, Gürcüstan hökuməti Azərbaycandan qaz nəqlinin artırılmasında problem olduğunda bizi inandırmağa çalışır. “Hökumət Azərbaycandan əlavə qaz almaqla, Gürcüstanın Rusiyandan asılılığına son qoymalıdır“-deyə Bakradze nümayişçilərə bildirib.

Rusiya 2008-ci ildə qısa müharibə elan edərək, Abxaziya və Cənubi Osetiya regionlarını Gürcüstandan ayrıb.

Aksiya 2 saata yaxın davam edib.

XS
SM
MD
LG