Accessibility links

Tbilisidə yeddinci gecədir etirazlar davam edir


Gürcüstanın paytaxtı Tbilisidə yeddinci gecədir etirazlar davam edir, minlərlə insan polis zorakılığına, hökumətin Rusiya siyasətinə etirazını bildirir.

Müxalifətdən olan deputat Nika Melianın toxunulmazlığının ləğvi isə etirazçıları daha da qəzəbləndirib. 26 iyun nümayişi öncəki gecələrdən daha kiçik olsa da, coşqun keçib. Çıxış edənlər daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb ediblər.

Etirazçılardan bəziləri bir gözlərini bağlayaraq öncəki nümayişlərdə rezin güllədən bir gözünü itirmiş 18 yaşlı qızla həmrəylik bildiriblər.

Aksiyanın sonunda Avropa Birliyinin himni oxunub.

***

Gürcü millət vəkilinin toxunulmazlığı ləğv edilib

Gürcüstan parlamenti ötən həftənin zorakı etiraz aksiyalarının ardınca müxalif millət vəkillərindən birinin toxunulmazlığını ləğv edib və onun həbsinə razılıq verib.Gürcüstan Baş Prokurorluğu iyunun 25-də keçmiş prezident Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat partıyasından millət vəkili Nika Meliaya qarşı rəsmi ittiham irəli sürüb. O, iyunun 20-də iğtişaş yaymaqda ittiham edilib.

Melia iyunun 26-da onun toxunulmazlığına dair parlament səsverməsindən sonra deputat həmkarları barədə deyib:

“Biz bu adamlara qarşı vuruşmamalıyıq, onları xilas etməliyik, çünki onlar məhbusdurlar. Çoxluq bunu istəmirdi, lakin öz iradəsinin əksinə getdi”.

Parlament Melianın toxunulmazlığının ləğvinə yekdilliklə səs verib, amma müxalif millət vəkilləri səsverməni boykot etmişdilər.

Melia özünə qarşı ittihamları “absurd” adlandırıb, müxalifət partiyaları isə iyunun 25-də yaydıqları bəyanatda bu hərəkəti “siyasi təqib” kimi pisləyiblər.Melia bu ittihamlar üzrə təqsirli bilinərsə, onu 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG