Gürcüstan Azərbaycanın insan haqları müdafiəçiləri, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün etibarlı sığınacaq ola bilərmi?
Mayın 29-da Əfqan Muxtarlı yoga çıxdıqdan sonra Tbilisidən Bakıya gətirilərək, Azərbaycan Dövlət Sərhəd Xidmətinin qərargahında saxlanılıb. Muxtarlı və onun xanımı 2015-ci ildə Azərbacyan prezidenti İlham Əliyevin mümkün korrupsiya əməllərinə dair araşdırma apararkən təhlükəsizliklə yaranan qorxularla əlaqədar Gürcüstana getmişdi.
Hadisə beynəlxalq qurumların narahatlığına səbəb olub.
Sentyabrın 25-də İnsan Haqları Naminə Beynəlxalq Tərəfdaşlıq (Belçika), İndi Azadlıq (ABŞ), Beynəlxalq İnsan Haqları Maarifləndirmə Təşkilatı və Monitorinq Mərkəzi (Gürcüstan) "Repressiyalar sərhədləri aşır-Azərbaycanlılar Gürcüstanda Sürgündədir" başlığı ilə hesabat yayıb.
Hesabat 3 GHT-nin araşdırmalarının nəticələrini əks etdirir. Bildirilir ki, Muxtarlının oğurlanması, ona qarşı təzyiqlər, və xaricdə yaşayan azərbaycanlıların kimliyi bəlli olmayan şəxslər tərəfindən hədələnməsi Azərbaycanın səlahiyyətli nümayəndələri ilə əlaqəli ola bilər.
Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı basqılar 2014-cü ildə yeni səviyyəyə yüksəlib. Bir sıra fəal və jurnalist təqiblərə görə ölkəni tərk etməyə məcbur olub. Bu ölkələr arasında tarixən liberal mühacirət siyasətinə malik olan qonşu Gürcüstan da yer alır.
Lakin 2016-ci ildən bəri Azərbaycan-Gürcüstan hökumətlərinin yaxın münasibətləri bu insanları risk altına qoyur.
Azərbaycanlıların mühacirət və sığınacaq müraciətləri dövlət təhlükəsizliyi və ictimai asayiş adı altında rədd edilir.
Daşqın Ağalarlının oğlu ilə bərabər sığınacaq müraciətinin rədd edilməsi şok yaradıb. Daşqının vətənində təqiblərə məruz qalacağını deməsinə baxmayaraq dövlət təhlükəsizliyi və ictimai asayiş adı altında ona rədd cavabı verilib.
48 yaşlı, iki övlad atası Daşqın Ağalarlı milli azadlıq hərəkatının fəallarından biridir. O, 1992-ci ildə Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub. Sonrakı illərdə də Müsavat partiyasının üzvü kimi fəaliyyət göstərib.
İnsan Haqları Naminə Beynəlxalq Tərəfdaşlıq (Belçika), İndi Azadlıq (ABŞ), Beynəlxalq İnsan Haqları Maarifləndirmə Təşkilatı və Monitorinq Mərkəzi (Gürcüstan) Gürcüstanı aşağıdakı öhdəliklərə əməl etməyə çağırır:
-Gürcüstan polisinin Muxtarlının oğurlanmasındakı rolunun araşdırılması, günahkarların ədalət məhkəməsi qarşısına çıxarılması, Muxtarlı və onun ailəsinə qurban statusu verilməsi, istintaqın ictimaiyyətə açıqlanması;
-Gürcüstanda yaşayan azərbaycanlı qaçqınlara qarşı ın təhdidlər, təzyiqlər və hücumlarla bağlı müstəqil və effektiv tədqiqat aparılması;
-Azərbaycanlı dissidentlərin sığınacaq tələbinin rədd edilməməsi.