Accessibility links

“ƏSA” Teatrı “Siçanlar və adamlar” tamaşasını səhnələşdirib


"ƏSA" Teatrı
"ƏSA" Teatrı

ABŞ-ın Bakıdakı Səfirliyi dekabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilmiş “ƏSA” Teatrının "Siçanlar və adamlar" adlı teatr tamaşasına sponsorluq edib.

Robert Sekuta "ƏSA" Teatrının kollektivi ilə
Robert Sekuta "ƏSA" Teatrının kollektivi ilə

ABŞ Səfirliynin məlumatında deyilir ki, “ƏSA” 20 nəfərdən çox istedadlı aktyor, musiqiçi, kostyum sənəti və işıqlandırma mütəxəssislərindən ibarətdir, onların əksəriyyəti əlilliyi olan insanlardır.

Beynəlxalq Əlillər Günü münasibətilə ABŞ-ın dövlət katibi Tillerson son nitqində bildirib: "Biz əlilliyi olan şəxslərin gücləndirilməsi, ləyaqəti və bərabər hüquqlarını inkişaf etdirmək üçün öhdəliyimizi təsdiq edirik. Biz bir daha vurğulayırıq ki, bütün insanlar hər bir ölkədə cəmiyyətin bütün sahələrinə tam və bərabər giriş imkanına layiqdirlər".

"ƏSA" Teatrı
"ƏSA" Teatrı

Səfirlik bildirir ki, bu kişilər və qadınlar istedad və bacarığın heç bir fiziki və ya zehni məhdudiyyət tanımadığının canlı sübutudur.

“Onların çıxışları çətinliklərlə qarşılaşan və möhtəşəm incəsənət ortaya çıxaran, əlillərlə işləyən şəxslərə gözəl nümunədir. Cüzi səy və sadə şəraitlə, əlilliyi olan şəxslər cəmiyyətin hər bir sektorunda işləyə bilər və biz hamımız onların tam iştirakından yararlana bilərik. Teatrda bunu nümayiş etdirmənin gözəlliyi odur ki, hər bir tamaşaçı bu həqiqətin canlı nümunəsini görə bildı, bu isə bir ömür boyu onlarla birlikdə qalacaqdır”, məlumatda qeyd edilir.

Tamaşa səksən il əvvəl amerikalı yazıçısı Con Steynbek tərəfindən yazılmış eyni adlı romanın əsasında səhnələşdirilib. İnsan vəziyyətinin təsviri o dönəmdə olduğu kimi bu gün də həqiqətdir. Əsər dostluq, mərhəmət və qəbuletmənin vacibliyini xatırladır.

XS
SM
MD
LG