Accessibility links

Yunanıstanda təbii fəlakət


Daşqınlar 15 adamın həyatına son qoyub

Yunanıstanda şiddətli yağışların yaratdığı daşqınlar 15 adamın ölümünə səbəb olub. Mandra, Nea Peramos və Meqara şəhərlərində bir çox zavod və anbarlar yerləşir.

Regionun qubernatoru Yiannus Vasseleu vəziyyəti ciddi adlandırıb.

Mandranın meri İoanna Kriekoki hər şeyin itirildiyini deyib.

Bütün yunanlar üçün indi ağır bir vaxtdır. Böyük bir fəlakət yaşayırıq

Yunanıstanın baş naziri Aleksis Tsipras ölkədə bir günlük matəm elan edib və ölənlərə görə başsağlığı verərərk, ailələrə dəstəyini ifadə edib.

"Bütün yunanlar üçün indi ağır bir vaxtdır. Böyük bir fəlakət yaşayırıq”- deyə baş nazirin bəyanatında deyilir.

Fəlakətin təsirinə məruz qalan üç nəfər hazırda xəstəxanadadır. Bir nəfər hələ də itkindir.

Sahilyanı ərazi və yollar sıradan çıxıb.

Ölənlərin əksəriyyəti evləri yaxınlığında aşkar edilib. Bəzilərin cəsədi dəniz sularından çıxarılıb. Ölənlərin sayının artacağı gözlənilir. 87 adam xilas edilib.

Bəzi yerlərdə elektrik və su xətləri kəsilib. Bölgədə daha artıq yağmur gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG