Accessibility links

Təbriz polis komandiri: Xəncərlə başlarını yaranlar məhkəməyə veriləcək


İranın müxtəlif vilayətlərində təhlükəsizlik qurumları məhərrəm ayı və əzadarlıq günləri ilə əlaqədar xəbərdarlıq və tövsiyə məzmunlu bəyanatlar yayırlar.

Anaj internet portalına istinadən, Təbriz polis komandiri Fərhəng Novruzi bu istiqamətdə “qəmə vuranlar” (xəncərlə başlarını yaralayanlar) və “əhalinin namusuna toxunanların” məhkəməyə veriləcəyini qeyd edib.

“Ümid edirik İmam Hüseynə əzadarlıq günlərində qeyri-əxlaqi əməllərə şahid olmayaq. Ümumi məkanlarda əhalinin namusuna toxunanlar qanunla qarşı-qarşıya olacaqlar. İnqilabın böyük rəhbərinin fətvasına görə qəmə vurmaq haramdır və riayət etməyənlər məhkəmə qurumuna göndəriləcək,” deyə polkovnik Novruzi söyləyib.

Məhərrəm əzadarlığında Qəmə vurmaq ya baş yarmaq İranda qadağan edilsə də, İran Azərbaycanının bəzi bölgəri, eləcə də Qum, Tehran və Xorasan kimi vilayətlərdə hələ də məhdud şəkildə həyata keçirilir.

İran Azərbaycanında əzadarlıq mərasimləri məhərrəm ayının 1-dən başlayır və məhərrəm ayının 9 və 10-da (Tasua və Aşura günləri) xüsusi olaraq qeyd edilir. Bu il Aşura günü oktyabrın 12-nə təsadüf edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG