Accessibility links

İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib


Ilham Əliyev
Ilham Əliyev

"Xalqımız həmişə milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilib. İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olan Azərbaycanda milli-dini mərasimlər, o cümlədən, Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir".

Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə belə deyilir.

Ölkə başçısı təbrikində vurğulayıb ki, bu il Ramazan ayı ölkənin həyatında bir sıra əlamətdar hadisələrlə eyni vaxta təsadüf edib.

"2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi, eyni zamanda, etnik-dini dözümlülük, dinlərarası həmrəylik və əməkdaşlıq məkanı olan ölkəmizin sivilizasiyalararası dialoq forumları kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi hazırkı narahat dünyamızda Azərbaycan dövlətinin sülh və təhlükəsizlik işinə verdiyi dəyərli töhfələrdir", ölkə başçısı qeyd edib.

İ.Əliyev Azərbaycanın bəşəriyyətin gələcəyini hədəf alan hər cür qlobal təhdid və təhlükələrə qarşı ardıcıl mübarizəsinin, dialoq və həmrəylik təşəbbüslərinin bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG