Accessibility links

Azərbaycan prezidenti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik ünvanlayıb


Ilham Əliyev
Ilham Əliyev

Prezident İlham Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrik ünvanlayıb.

İ.Əliyev bu bayramı milli birliyi və vətənə məhəbbəti təcəssüm etdirən bayram kimi dəyərləndirib.

Dövlət başçısı dünya azərbaycanlılarının Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsinin dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb.

İ.Əliyev müraciətində Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu bildirir və ölkənin iqtisadi uğurlarından söz açır.

"Nəhəng neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin 2050-ci ilə qədər uzadılmasına dair sazişin imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmizdən keçən hissəsində işlərin başa çatdırılması respublikamızın tərəqqisi və xalqımızın rifahının yüksəlməsinə xidmət edir, Azərbaycanın dünyadakı geostrateji əhəmiyyətini artırır".

Dövlət başçısı Azərbaycanın mədəniyyətlərarası dialoq təşviqi sahəsində ardıcıl siyasət yürütdüyünü qeyd edib.

İ.Əliyev Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsində, mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşdüyünü xüsusi vurğulayıb.

"Buna görə də xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər".

Dövlət başçısı deyir ki, məqsədyönlü və birgə fəaliyyət gücü daha da artıracaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına, ərazi bütövlüyünün bərpasına sanballı töhfəsini verəcək.

İ.Əliyev bu yolda dünya azərbaycanlılarına möhkəm iradə və mütəşəkkillik, şəxsi həyatda səadət və firavanlıq arzularını bildirir.

Xatırladaq ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü 1989-cu il İranla sərhədlərin sökülməsinə bağlı olub, rəmzi olaraq bu gün dünya azərbaycanlılarının birliyi günü kimi dəyərləndirirlib. 1992-ci ildə ölkənin bayramları siyahısına salınıb.

XS
SM
MD
LG