Accessibility links

Qarabağa dəstək aksiyalarına qatılan iki fəal Təbriz məhkəməsinə çağırılıb


Təbrizdə keçirilən Azərbaycan Respublikasına dəstək aksiyalarına qatıldıqları üçün “ümumi intizamı pozmaq” və “dövlət məmuruna itaətsizlik” ittihamları ilə günahlandırılan türk fəallar Sədullah Sasani və Rəhim Sasaninin məhkəmə günü bəlli olub.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, iki fəal yanvar ayının 9-da Təbriz Cəza Məhkəməsində mühakimə ediləcək. Sədullah Sasani və Rəhim Sasaniyə iki ayrı çağırış vərəqəsi göndərilib.

Hər iki fəal keçən iyul ayının 16-da Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə saxlanılıb, təqribən iki həftə nəzarətdən sonra 100 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxıldılar.

Sədullah Sasani həmçinin ikinci Qarabağ müharibəsinin başladığından sonra oktyabrın 1-də Təbrizdə təşkil olunan Qarabağa dəstək aksiyasında saxlanılıb bir gün sonra sərbəst buraxıldı. Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, o, nəzarəat altına alındığında məmurlar tərəfindən ağır şəkildə döyülmüşdü.

Azərbaycanın Təbrizdəki konsulluğu önündə saxlanılan Yasəmin Zəfəri və Həkimə Əhmədinin də məhkəmə iclası yanvarın 9-da keçiriləcək.

Keçən iyul ayında Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmaların ardınca türk fəallar İran Azərbaycanının bəzi şəhərləri və Tehranda Azərbaycan Respublikasına dəstək mitinqləri keçirməyə cəhd etmişdilər. Həmin günlərdə bəzi fəallar mitinqlərə qatılmağa çalışdıqları zaman, bəziləri isə təhlükəsizlik qurumuna çağırıldıqdan sonra nəzarət altına alındılar.

XS
SM
MD
LG