Accessibility links

Təbrizin Şəhriyar otelində 150 nəfər nəzarət altına alınıb


Təbrizin beş ulduzlu Şəhriyar otelində 150 nəfər Ramazan ayında orucu pozmaq günahı ilə nəzarətə alınıb.

Nasr news xəbər agentinin məlumatına əsasən, iyunun 22-i Təbriz polisi Şəhriyar otelində 150 qadın və kişini ictimai yerdə orucu pozub yeməkdə ittiham edərək nəzarətə alıb.

Şərqi Azərbaycan vilayəti polisinin müavini bildirib ki, Ramazan ayının əvvəlindən Şəhriyar otelində müştərilərə yemək təklif edildiyini təəssüf hissi ilə qeyd edib və məhkəmənin hökmü ilə orada orucluq ayında orucu pozanların nəzarət altına alındığını deyib.

Təbriz Şəhriyar oteli
Təbriz Şəhriyar oteli

Təbriz polisi nəzarətə alınanların sayının 92 nəfər olduğunu bildirib.

Otelin müdürü Hüseyin İbrahimi polisin rəftarını təhqiredici adlandırıb.

Vəqt news xəbər veb səhifəsinə danışan otel müdürü bildirib ki, polisin rəftarından narahat olan bəzi qonaqlar oteldən çıxıblar.

İbrahimi deyib: “Mən şəxsən dünən nahardan bu gün sabah 5-ə kimi nəzarətdə qaldım, lakin kimsə bu müddətdə mənə ittiham haqda heç nə demədi.”

O həmçinin bildirib ki, polisin bu cur rəftarı turistləri vilayətdən uzaqlaşdıra bilər.”

Ramazan ictimai yerlərdə yemək qadağan olsa da, otellərdə qonaqlara yemək təklif oluna bilər.

Təbrizin beynəlxalq Şəhriyar oteli İranın ən böyük otellərindən biri sayılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG