Accessibility links

Təbrizdə ərəblərə dəstək aksiyası ilə bağlı üç fəal prokurorluqda dindirilib


İyulun 24-də Təbrizdə su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq keçirilən etiraz aksiyası ilə əlaqədar saxlanılan Məhəmməd Mahmudi, Fəraz Memar və Hadi Məhəmmədi şəhərin ümumi və inqilab prokurorluğunda dindirilib.

Bu fəallar iyul ayının 24-də nəzarət altına alınıb, bir müddət sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, “iyulun 31-də Təbrizin ümumi və inqilab prokurorluğunda dindirilən türk fəallar özlərini son dəfə olaraq müdafiə ediblər.”

Milli fəallara “ümumi intizamı pozmaq” ittihamı irəli sürülüb.

Keçən iyul ayının ortalarında İranın ərəb icmasının sıx yaşadığı Əhvaz bölgəsində su qıtlığına qarşı baş qaldıran və 10 gündən artıq davam edən kütləvi aksiyalarda bir çox etirazçı öldürülüb. Həmin etirazların ardınca türk fəallar İran Azərbaycanının müxtəlif şəhərlərində çağırış vərəqələri paylayaraq əhalini iyulun 24-də ərəb icmasına dəstək etirazlarına qatılmağa çağırmışdılar. İran polisi və hərbi qüvvələri həmin gün Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə etirazları əngəlləmək üçün əsas küçələri bağlamışdı.

İyulun 24-də Təbriz aksiyalarında etirazçılar “azadlıq, ədalət, milli hökümət”, “Azərbaycan, Əl-Əhvaz, ittihad, ittihad” və “haray, haray mən türkəm” kimi şüarlar səsləndiriblər.

İran Azərbaycanında su qıtlığına qarşı etirazlarla əlaqədar həbs edilən fəallar
İran Azərbaycanında su qıtlığına qarşı etirazlarla əlaqədar həbs edilən fəallar

Su qıtlığına qarşı etirazlarla əlaqədar Təbriz başda olmaqla, İran Azərbaycanının üç sərhəd vilayətinin mərkəzlərində onlarla vətəndaş nəzarət altına alınıb.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG