Accessibility links

“Təbriz folklor örnəkləri” kitabı çapdan buraxılıb


“Təbriz folklor örnəkləri" kitabı
“Təbriz folklor örnəkləri" kitabı

Milli Elmlər Akademiyasının Folklor İnstitutunun nəşr etdiyi kitab İranda yaşayan azərbaycanlıların folklor toplusudur

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu “Təbriz folklor örnəkləri” (I kitab) toplusunu nəşr edib. Layihənin rəhbəri Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu, toplayıcıları Kazım Abbasi, Əhəd Fərəhməndi, Əli Bərazəndə, Məhəmməd Əlipur Müqəddəm, redaktoru Səkinə Qaybalıyevadır. Bu barədə Media Forum saytı məlumat yayıb.

Kitabın girişində bildirilir ki, bu gün dünyada ümumi sayı 50 milyonu ötmüş Azərbaycan türklərinin etnik təfəkkürünü canlandıran, dilini, tarixini, mənəvi aləmini qoruyub saxlayan zəngin şifahi söz sənətinin – folklor irsinin toplanması, sistemləşdirilməsi və nəşri ilk növbədə həlli vacib məsələlərdəndir: “Bu zərurəti nəzərə alan Folklor İnstitutu əksəriyyəti öz doğma ata-baba yurdunda yaşayan soydaşlarımızın qoruyub günümüzədək saxladığı şifahi xalq ədəbiyyatı nümunələrinin ayrı-ayrı seriyalar altında, çoxcildliklər şəklində ardıcıl çap olunmasına böyük əhəmiyyət verir.

Arazın o tayında yaşayan Azərbaycan türklərindən toplanmış folklor örnəklərinin yer aldığı topluların məhz bölgələr üzrə adlandırılması nəşr olunacaq növbəti cildlərdə regional xüsusiyyətlərin qorunub saxlanılması, bölgələrin daha geniş miqyasda əhatə olunması məqsədi daşıyır”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG