Accessibility links

Ted Kruz Trampı dəstəkləmədi [Video]


Ted Cruz
Ted Cruz

Respublikaçıların Milli Qurultayın 3-cü günü də gözlə

Respublikaçıların iyulun 18-dən 21-dək Ohayo ştatının Klivlend şəhərində keçirilən qurultayının 3-cü günündə mühüm çıxışlar qeydə alınıb. Bu günün mövzusu Make America First Again, yəni Amerikanı yenidən birinci edək şüarı olub.

İki gün öncə bölünmüş vəziyyətdə öz işinə başlayan qurultayda dünən Donald Trampın namizədliyi rəsmən təsdiq ediləndən sonra bir qədər birlik və rahatlıq hiss olunub.Qurultayın keçirildiyi arenada olan Amerikanın Səsinin müxbiri Emil Quliyevin məlumatına görə, ilkin seçkilərdə Trampın əsas rəqibi olmuş və ona sərt ittihamlar irəli sürmüş Texas senatoru Ted Kruz qurultayın 3-cü günündə çıxış edib. Ancaq son günədək onun qurultayda çıxış edib-etməyəcəyi bəlli deyildi.

Bu sıraya milyarder biznesmenin digər güclü rəqibi olmuş Florida senatoru Marko Rubio da daxildir. Qurultayda video müraciəti yayılan nə Rubio, nə də Ted Kruz bu günədək Donald Trampa dəstək ifadə etməyib. Qurultayda çıxışı zamanı Trampı rəsmən dəstəkləməyən Ted Kruz isə iştirakçıların etirazları ilə qarşılanıb.

Qurultayın 3-cü gününün ən mühüm çıxışı Donald Trampın yenicə açıqladığı vitse-prezident namizədi İndiana ştatının qubernatoru Mayk Pens tərəfindən edilib. O, nitqi zamanı Tramp administrasiyası altında Amerikanın yenidən inkişaf və imkanlar mərhələsinə daxil olacağını bildirdi. Pens Obama hakimiyyətini tənqid etməyi də unutmadı. O, bildirdi ki, illərdir davam edən pis idarəçilik və siyasətdən sonra ölkənin imici dünyada xeyli zəifləyib.

Uzun illərdir siyasətdə olan Pensin vitse-prezidentliyə namizəd olması qurultayın başlamasında iki gün öncə açıqlanıb. İndiana qubernatoru daha əvvəl xüsusilə müsəlmanların ABŞ-a buraxılmasına qadağa qoyulması siyasəti də daxil olmaqla, Trampın bəzi fikirlərinin tənqidçisi kimi tanınır. O, həm də vergilərin azaldılması üzrə mütəxəssis hesab edilir.

Qurultayın sonuncu - 4-cü günü isə iki ən önəmli çıxış olacaq. Onlardan biri İvanka Tramp, digəri isə Respublikaçıları prezidentliyə namizədi Donald Tramp tərəfindən ediləcək.

Bu arada, sorğulara görə, demorkatların ehtimali namizədi Hillari Klinton Donald Trampdan öndə gəlir.

Klivlenddə isə qurultayın 3-cü günü etiraz aksiyalarının sayı artıb. Xüsusilə bu dəfə İctimai Meydana toplaşanların çoxu Trampın Meksika ilə sərhədə hasar çəkdirmək planlarına etiraz edib. Hətta bayraq yandırmağa cəhd edən nümayişçi ilə yanaşı, polisin əmrlərinə tabe olmayan bir neçə nümayişçinin saxlanıldığı bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG