Accessibility links

Araşdırma opioid xəstələrinin sayının artdığını göstərir [Video]


Araşdırma opioid xəstələrinin sayının artdığını göstərir
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Tədqiqat böyük şəhərlərdə intensiv diqqət klinikalarına opioid dərmanları ilə əlaqəli müraciətləri araşdırıb.

Araşdırmanın müəlliflərdən biri, doktor Cennifer Stivens Skype vasitəsilə Amerikanın Səsinə danışıb.

“Ürək ağrıdan haldır. Müraciət edənlər adətən orta yaşlı, həm valideynləri, həm də uşaqları olan, bir sözlə həyatları üçün narahat olan insanlarla əhatə olunmuş şəxslərdir. Bu insanlar, müraciət zamanı çox ağır vəziyyətdə olurlar və biz istəyirdik ki, bu halların ölkə üzrə geniş yayılıb-yayılmadığını müəyyən edək.”

Təəssüf ki, ehtimal doğru çıxır. Araşdırma nəticəsində məlum olub ki, 2009-2015-ci illər arasında bu cür hallar 34 faiz artıb.

Mühüm mərkəzi şəhərlərdə yerləşən xəstəxanaları araşdıran Stivens, xəbərdarlıq edir ki, regionlarda bu rəqəm daha yuxarı ola bilər.

“Bizim etdiyimiz, ölkənin böyük xəstəxanalarına bəzi suallarla müraciət etmək idi. Bu insanlar lazım olan məlumatlara sahibdirlər. Mən güman edirəm ki, opioid epidemiyası, xüsusilə də ciddi qayğıya ehtiyac duyulan hallar regionlarda daha çox sayda baş verir.”

Digər maraqlı müşahidə odur ki, bir opioid xəstəsinə sərf edilən vəsait təxminən 50 faiz artaraq, 2009-cu ildə 58,000 dollar olduğu halda, 2015-ci ildə 100,000 dollar təşkil edib.

“Çəkilən məsrəflərdə gördüyümüz artımın əsas səbəbi müraciət edənlərin vəziyyətinin ağırlığının təzahürüdür.”

Stivens deyir ki, onun narahatlığı opioid xəstələrinin sayının artması səbəbilə, həkimlərin onlara lazımı diqqəti göstərmək imkanının zəifləməsidir.

“Buna baxmayaraq, bizim səhiyyə sistemimiz lazımi diqqəti vermək imkanına malikdir. Belə ki, artıq dozadan ölənlərin sayı sürətlə artır.”

Stivens və onun komandası deyir ki, təəccüb doğuran tapıntılardan biri də odur ki, müraciət edənlərin əksəriyyəti reseptlə verilən opioid dərmanlarına yox, küçə heroininə asılığı olanlardır.

XS
SM
MD
LG