Accessibility links

Mübahisələrə səbəb olan azyaşlı modellər [Video]


Mübahisələrə səbəb olan azyaşlı modellər
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Model olmaq üçün neçə yaşın olmalıdır? Bu yaxınlarda 14 yaşlı model Parisdə Kristian Dior moda evinin kolleksiyalarını nümayiş etdirdi. Bu gənc gözəlin şouya qatılmasından sonra yaş məsələsi yenidən müzakirə obyektinə çevrilib.

Böyüyüb məşhur model olmaq çox uşağın arzusudur. 14 yaşlı Sofia Maçetner də çoxlarının ona yaşının az olduğunu deməsinə baxmayaraq bu arzu ilə yaşayır. “Mən hiss edirəm ki, hazıram və tək deyiləm. Mənə burada çox diqqət yetirildi və yaxşı münasibət göstərildi. Nəyə ehtiyacım oldusa, mənə yardım etdilər. 14 yaşında olmağım problem olmadı.”

Onun yaşı meneceri üçün də problem deyil. “Bundan əvvəl o, anası ilə birlikdə evləri yığışdırırdı. Əgər ev yığışdırmaq üçün uşaq deyilsə, şouda iştirak etmək üçün də uşaq deyil” deyə, menecer bildirir.

Lakin Britaniya Moda Şurasının rəhbəri Karolina Raş kimi bəziləri buna əmin deyil. “”London Moda Həftəsi”nin razılığına əsasən modellər 16 və yuxarı yaşlarında olmalıdır. Bizim fikrimizcə bu vacibdir.”

İModellərin isə bu məsələ ilə bağlı öz fikirləri var. taliyalı model Karlo Kapasa: “Bəli, qaydalar var. İtaliyada 16 yaşdan aşağı model yoxdur.”

Model David Qandi: “14 və ya 16 yaşlarında siz təzyiqlərə məruz qalır və məyus olursunuz. Şünki siz 18 yaşında belə hələ yeniyetməsiniz. Mən buna 21-22 yaşlarında hazır idim.”

Lakin "Şanel" (Chanel) moda evinin baş dizayneri Karl Legerfeld ictimaiyyətin Lili-Roz Dep kimi 16 yaşlarında yeniyetmələri görmək istədiyini deyir. “Yaşından asılı olmayaraq hamı bu modelləri xoşlayır. Onlar bu anın qızlarıdır, müasir modanı tərənnüm edirlər. Mən opportunistəm – moda opportunisti, amma burada heç bir qəbahət yoxdur. Bu, biznesdir.”

Görəsən həmin bu biznes uşaqların moda aləminin yeni üzü olmasına yol açacaqmı?

XS
SM
MD
LG