Accessibility links

Obama Milli Təhlükəsizlik Strategiyasını açıqlayacaq


33 səhifəlik sənəddə güclü siyasi dəyişiklik olmayacağı gözlənilir

ABŞ prezidenti Barak Obama qanunvericilərə təqdim edəcəyi hesabatda İslam Dövləti və Çinin nüfuzunun artması daxil olmaqla xarici siyasət problemləri ilə mübarizə planını açıqlayacaq.

Bu gün açıqlanacaq 33 səhifəlik Milli Təhülkəsizlik Strategiyası sənədində güclü siyasi dəyişiklik olmayacağı gözlənilir.

Bəzi Respublikaçı qanunvericilər cənab Obamanı İslam Dövləti və Rusiyanın Ukraynadakı təcavüzü kimi qlobal təhlükələrə kifayət qədər reaksiya vermədiyinə görə tənqid ediblər.

Hesabatın qısa təqdimatında prezident Obama yürütdüyü siyasəti müdafiə edib. “Belə bir mürəkkəb dünyada, bizim üzləşdiyimiz bir çox problem tez və asan yolla həll olunmur,” deyə o bildirib.

Cənab Obama 21-ci əsrdə Amerikanın liderliyinin vacibliyindən söz açaraq bildirirb ki, ABŞ ekstremistlərə qarşı mübarizəni davam etdirəcək. Ancaq prezident təhdidlərlə üzləşən zaman verilən qərarlarda ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG