Accessibility links

Təhlil: Britaniyada Brexit referendumu Cəbəlütariqə nə vəd edir? [Video]


Təhlil: Britaniyada Brexit referendumu Cəbəlütariqə nə vəd edir?
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Təhlil: Britaniyada Brexit referendumu Cəbəlütariqə nə vəd edir?

Londonun Avropa Birliyini tərk etməsinə dair səsvermə Madridin ərazi barədə ümidlərini artırıb

Britaniya bu ay Avropa Birliyi üzvlüyünə dair referendumda səs verməyə hazırlaşdığı vaxt xaricdə yaşayan britaniyalılar xüsusilə Cəbəlütariq ərazisi barədə həssasdırlar. İspaniyanın cənubunda yerləşən bu qayalıq kiçik ərazi Londonla Madrid arasında davamlı gərginliyin mənbəyi kimi göstərilir.

Qırmızı telefon köşkləri, ikimərtəbəli avtobuslar və publar: Cəbəlütariq Avropanın cənubunda bir Britaniya modelidir. İspaniya ərazini 1713-cü ildə Britaniyaya verib. Londonun Avropa Birliyini tərk etməsinə dair səsvermə Madridin ərazi barədə ümidlərini artırıb.

Qırmızı telefon köşkləri, ikimərtəbəli avtobuslar və publar: Cəbəlütariq Avropanın cənubunda bir Britaniya modelidir. İspaniya ərazini 1713-cü ildə Britaniyaya verib. Londonun Avropa Birliyini tərk etməsinə dair səsvermə Madridin ərazi barədə ümidlərini artırıb.

"Bu, Avropa saziş sistemidir. Britaniya Avropa Birliyinin üzvü olduğu müddətdə onlar aktiv şəkildə Cəbəlütariqin öz əraziləri olmasını iddia edə bilməzlər. Yəni, Avropa Birliyi Cəbəlütariqi müdafiə edir" - deyə Londonun Royal Holloway Universitetindən Alasdeyr Pinkerton bildirir.

İspaniya keçmişdə gərginliklər səbəbilə hətta sərhəd nəzarətini ən yüksək həddə də çatdırıb. Madrid cəbbəlütariqliləri sərhəddən qanunsuz tütün və spirtli içki keçirməkdə ittiham edib.

Alasdeyr Pinkerton: "Digər suveren dövlət kimi İspaniya Avropa Birliyinin üzvü olmayan bütün ölkələrə sərhədlərini bağlaya bilər".

Aşağı vergi nizamlanmasına görə cəlbedici olan Cəbəlütariq iqtisadiyyatı ötən il 10 faizlik artıma nail olub. Ərazinin liderləri qurumdan çıxmaq referendumunun nəticələrindən narahatdırlar.

"520 milyon insana satış imkanının cəmi 32 minə dəyişməsində iqtisadi modeli necə tənzimləyəcəksiniz? Bunlar mövcud sınaqlardır və biz iqtisadiyyatımızı tam yeniləməliyik. Bu, çox çətin olacaq" - deyə Cəbəlütariqin baş naziri Fabian Pikardo bildirib.

Britaniyada sorğular insanların qurumu tərk etməyə meylli olduğunu göstərsə də, cəbəlütariqlilər Avropa Birliyində qalmağa səs verəcəklərini deyir.

Cəbəlütariq sakini İvan Navas: "Müzakirələr olacaq ki, sən həmişə ailədə dalaşa bilərsən, amma ona görə ailəni tərk etmirsən. Çünki Kameron deyib ki, “Kiçik İngiltərə, yoxsa kiçik Fransa olmaq istəyirsiniz?’ Biz birlikdə olmalıyıq, birlikdə!”.

Avropa Birliyini tərk etmək tərəfdarları deyir ki, İspaniya artıq ərazinin suverenliyini tanımaqda blokun qaydalarına məhəl qoymur. Ancaq Cəbəlütariq əhalisi Brexit adlanan bu prosesin onları Avropadan kənarda qoyacağından qorxur.

XS
SM
MD
LG