Türkiyə və İsrail nazirləri bildirib ki, onlar 2010-cu ildə İsrailin iqtisadi blokadaya aldığı Qəzza Zolağına yardım aparan gəmidəki 9 türk fəalın ölümü ilə ciddi şəkildə pisləşən münasibətləri yaxşılaşdırmağa yaxındırlar.
İkitərəfli əlaqələrin yaxşılaşdırılmasına dair ən son danışıqlarda Türkiyə və İsrail diplomatlarının bu ay görüşməyə razılıq verdiyi deyilir.
Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş keçən həftə razılığa çox yaxın olduqlarını açıqlamışdı. Cumhuriyet qəzetinin siyasi köşə yazarı Semih İdiz deyir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bu prosesi dəstəkləməsi ilə bu yaxınlaşma səylərinin arxasında güclü siyasi momentum var.
"...İlk öncə Ərdoğan deyir ki, istəsək də, istəməsək də, bunu etməliyik. Sonra isə bəzi nazirlər bunun baş vermək üzrə oldunu deyir. Məncə də bu baş verməkdədir. Fikrimə onlar mühüm məqamlar üzərində işləyirlər".
Artıq Ankaranın tələblərindən birinə əməl edən İsrail 9 türk fəalın ölümünə görə üzr istəyib. Türkiyə mətbuatı yazır ki, İsrail ölən fəalların ailələrinə təzminat ödəməyə də razılıq verib.
"Fikrimcə Qəzza blokadası ilə bağlı Türkiyənin tələblərinə əməl olunacaq. Türkiyə şirkətlərinə və yardım qruplarına Qəzzaya giriş imkanı verilə bilər".Semih İdiz
Yazar İdiz isə blokada ilə bağlı da kompromis əldə olunmaq üzrə olunduğunu deyir.
"Fikrimcə Qəzza blokadası ilə bağlı Türkiyənin tələblərinə əməl olunacaq. Türkiyə şirkətlərinə və yardım qruplarına Qəzzaya giriş imkanı verilə bilər" - deyə İdiz bildirir.
Yaxınlaşma səyləri iki ölkənin liderləri arasında fikir ayrılıqlarının dərin olduğu vaxta təsadüf edir.
İstanbulun Süleyman Şah Universitetindən politoloq Çingiz Aktar deyir ki, hər iki ölkə regionda təcrid olub.
"Türkiyə ilə İsrail arasındakı razılıq Yaxın Şərqdəki iki tənha ölkə arasında razılıqdır. Bu, qarşılıqlı maraqdır, o demək deyil ki, birdən birə bu iki ölkə bir-birini sevib".
Ancaq inamsızlıq yaxınlaşma səylərini məhv edə bilər. Qərb mətbuatı yazır ki, İsrail Qəzzaya dair kompromisin əvəzində Ankaradan Həmas liderlərini ölkədən çıxarmağı tələb edir.
Gərginləşən iqtisadi əlaqələr yaxınlaşma prosesində başlıca səbəb kimi göstərilir. Xüsusilə, Türkiyə İsrailin yeni aşkar edilən təbii qaz yataqları üçün ideal marketə çevrilə bilər.
Ankaranın tənqidçisi kimi tanınan Aviqdor Libermanın müdafiə naziri kimi son təyinatı ikitərəfli danışıqları daha da qəlizləşdirə bilər. Bunu Qlobaı Mənbə Tərəfdaşlığı qrupundan Atilla Yaşılada bildirir.
Gərginləşən iqtisadi əlaqələr yaxınlaşma prosesində başlıca səbəb kimi göstərilir. Xüsusilə, Türkiyə İsrailin yeni aşkar edilən təbii qaz yataqları üçün ideal marketə çevrilə bilər.