Accessibility links

Tehran Avropanın yanacaq təchizatçılarını beynəlxalq məhkəməyə verib


Tehran Avropanın yanacaq təchizatçılarını beynəlxalq məhkəməyə verib
Tehran Avropanın yanacaq təchizatçılarını beynəlxalq məhkəməyə verib

Fərhad Pavareş deyib ki, İran beynəlxalq auditorlara şikayət göndərib və məsələni Haaqa beynəlxalq ədalət məhkəməsində qaldırıb

Dövlətə məxsus İran hava yollarının yüksək səviyyəli rəsmiləri deyirlər ki, Tehran ölkənin təyyarələrini beynəlxalq sanksiyalara görə yanacaqla təmin etməkdən imtina edən Avropanın yanacaq təchizatçılarını beynəlxalq məhkəməyə verib. Hava yollarının direktoru Fərhad Pavareş deyib ki, İran beynəlxalq auditorlara şikayət göndərib və məsələni Haaqa beynəlxalq ədalət məhkəməsində qaldırıb. O, deyib ki, beynəlxalq nizamlamaya əsasən hava limanı yanacaq təchizatçıları sərnişin təyyarələrini təhlükəsizlik, komfort və sosial yardımla təmin etməlidirlər. O, eyni zamanda bildirib ki, yanacaq şirkətləri ölkə rəhbərliyindən vəziyyətə aydınlıq gətirməyi xahiş edib. Ona görə ki, İran təyyarələrini boykot etmək onlara baha başa gəlir.

XS
SM
MD
LG