Accessibility links

Tehran məhkəməsi daha üç islahatçı siyasətçini həbs cəzasına məhkum edib


Onların keçən il mübahisəli prezident seçkiləri zamanı etiraz aksiyalarında rolu olduqları deyilir

İran mediasının bildirdiyinə görə, Tehran məhkəməsi keçən il mübahisəli prezident seçkiləri zamanı etiraz aksiyalarında rolu olduqlarına görə həbs edilmiş üç tanınmış islahatçı siyaətçini 6 il həbs cəzasına məhkum edib.

İranın İRNA və İSNA xəbər agentlikləri məhkəmənin habelə bu üç nəfərin gələn 10 il ərzində siyasi fəaliyyətinə qadağa qoyduğu haqda bazar günü məlumat verib.

Həbs cəzasına məhkum edilənlər İranın ən böyük islahatçı partiyası olan İranın İslam İştirak Cəbhəsi Partiyasının lideri Mosen Mirdamadi, sabiq daxili işlər nazirinin müavini Mustafa Taczadə və daxili işlər nazirinin keçmiş müavini Davud Suleymani dir. Onlar dövlətə qarşı təbliğat aparmaqda günahlandırılırlar.

XS
SM
MD
LG