Accessibility links

Tehran boğulur. Hökumət əhalini paytaxtdan çıxmağa çağırır


Tehranda hava çirklənib
Tehranda hava çirklənib

Tehranda hava kəskin şəkildə çirklənib. İran hökuməti vəziyyətin təhlükəli həddə çatdığını nəzərə alaraq dekabrın 4-nü və 5-ni qeyri-iş günü elan edib

İranın paytaxtı Tehranda hava kəskin şəkildə çirklənib.

Buna 12 milyon nəfər əhalisi olan, hər gün əlavə 3 milyon adamın gəldiyi Tehranda avtomobillərin atmosferə buraxdığı tüstü, eyni zamanda küləyin kənar yerlərdən gətirdiyi toz dumanı səbəb olub.

“Media forum” saytının məlumatına görə, İran hökuməti vəziyyətin təhlükəli həddə çatdığını nəzərə alaraq dekabrın 4-nü və 5-ni qeyri-iş günü elan edib.

Ölkənin səhiyyə naziri Mərziyə Vəhid Dəstcerd isə Tehran sakinlərini bir neçə günlüyə paytaxtı tərk etməyə çağırıb.

Nazir vurğulayıb ki, ürək xəstəliyi olanlar ya paytaxtı tərk etməli, ya da bir neçə günlüyə evdən çölə çıxmamalıdır: “Xəstəxanalara ürək xəstəliyindən müraciət edənlərin sayı 30 faiz artıb. Hazırda vətəndaşlara yardım göstərmək üçün paytaxt meydanlarında təcili tibbi yardım maşınları dayanıb.

Vətəndaşlara tövsiyə edirik ki, imkanları çatırsa, bu günlərdə paytaxtı tərk etsinlər. Havanın çirklənməsi yaxın günlərdə daha təhlükəli hal ala bilər. Yaşlı vətəndaşlara, uşaqlara və ürək xəstəliyi olanlara tövsiyə edirik ki, evdən çıxmasınlar”.
XS
SM
MD
LG