Accessibility links

Ətraf-mühiti qorumaq tədris proqramına salınır [Video]


Dışarda təhsil
please wait
Embed

No media source currently available

0:00 0:02:47 0:00

Şagirdlərin ev tapşırığını yerinə yetirmələrini istəyirsiz? Uğurlar! Onları dağlara gəzməyə aparıb ətraf-mühit problemlərinin həllini araşdırmaq istəyirsiz? Bu çox çətin deyil, onları razı salmaq olar.

Culyet Luna: "Uşaqları ətraf mühitə cıxarmaq onlarda təbiəti qorumaq hissi oyadır. Çünki nəyi qoruyacağınızı bilmirsinizsə, bu sizi narahat etmir."

Kottonvud institunun missiyası Müəllimlərlə birgə çalışaraq, yerli məktəblərin tədris lahiyələrində ətraf mühitlə bağlı proqramları dəstəkləməkdir.

Şagirdlər üzərində işləmək istədikləri ətraf-mühit problemini seçirlər, həllər üçün yollar axtarırlar və komanda halında yerli ətraf-mühit təşkilatları ilə bu həlləri həyata keçirirlər. 6 ilə 12 həftə arasında davam edən proqramdan sonra, onlar gördükləri işin faydasını daha yaxşı başa düşürlər.

Ceyden Qeyms: "Mən bu proqramdan çox şey öyrəndim. Arıların məhvinə səbəb olan koloniya tənəzzülü problemi, sulların çirklənməsi haqda məlumatlandım."

Bu qrup isə qida israfının qarşısını almaq üzərində işləyir. Onlar məktəbin bağçasında günorta yeməyində istifadə olunan tərəvəzlər yetişdirirlər.

Kottonvud institutunun təsisçisi Ford Çurç deyir ki, o, şagirdlərin gələcək nəsil haqda düşünməsini istəyir.

Ford Çurç: "Bizim üçün əhəmiyyətli olan şey, şagirdlərimizin bəhrələndiyimiz torpağın qayğısına qalmasından əmin olmaqdır. Şəhərdə yerə atdığın zibil bəlkə böyük problem kimi görsənməyə bilər. Ancaq bu bizim üçün böyük problemdir, çünki bu bizim oynadığımız yerdir, ofisimizdir. Biz həqiqətən də bunun qayğısına qalmaq istəyirik."

Şagirdlər üçün bu bir şəxsin necə faydalı olacağını görmək üçün fürsətdir.

Kassidi Lam: "Bu, belə bir hiss verir ki, planetdə baş verən hər şey neqativ hiss oyadır və bunu dəyişdirmək çətindir. Ancaq bu proqramda iştirak etməklə mən başa düşdüm ki, addım-addım buna asanlıqla nail olmaq olar."

Dərs fayda verir.

Ceyden Qeyms: "Həqiqətən də ekologiya haqda öyrənmək, bizim səbəb olduğumuz problemlər üzərində işləmək və onları necə həll etməyi öyrənməyimiz çox yaxşıdır."

Keçən il institut 415 şagirlə 5000 saatlıq lahiyəyə rəhbərlik edib. Bu, şagirdlər üçün ətraf mühitin kəşf i və icmalarına faydalı olmaq imkanı yaradır.

XS
SM
MD
LG