Accessibility links

Azərbaycan mütəxəssisləri ABŞ-ın peşə təhsili modelini öyrənir


ABŞ-da peşə təhsili modeli öyrənən qrup
ABŞ-da peşə təhsili modeli öyrənən qrup

Azərbaycanın Peşə Təhsili üzrə Dövlət Agentliyində və Təhsil İnsitutunda çalışan 5 mütəxəssisdən ibarət qrup Beynəlxalq Ziyarətçılərin Liderlik Proqramı (IVLP) çərçivəsində Amerikanın peşə təhsili modelini öyrənmək üçün ABŞ-a yola düşüb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, proqram müddətində nümayəndə heyəti amerikalı həmkarları ilə fikir mübadiləsi aparacaq və ictimai, özəl və elm sahəsində iş qüvvəsinin inkişafı haqqında öyrənəcək.

Bundan əlavə, onlar sinifdə yeni texnologiyalardan istifadə və peşə inkişafı haqqında öyrənəcklər.

XS
SM
MD
LG