Accessibility links

"Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi yeni imtahan modellərini müzakirə edir" - ekspert rəyləri


Dövlət İntahan Mərkəzi
Dövlət İntahan Mərkəzi

Məleykə Abbaszadə: "Buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək"

Məleykə Abbaszadə
Məleykə Abbaszadə

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycanda test imtahanının ləğv olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. DİM-in bununla bağlı məlumatında deyilir ki, hazırda Təhsil Nazirliyi ilə DİM yeni imtahan modelləri üzərində müzakirələr aparır. Dəyişikliklərin, yeni modelin sentyabrda ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirirlər.

Qurumun açıqlamasına görə, yeni model hazırlanma mərhələsində olduğu üçün gələcəkdə imtahan formatının necə olacağını indidən demək çətindir, müzakirələr bitdikdən, hüquqi normativ sənədlər hazırlandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.

Gələn il sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan olacaq.

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 23-də "ASAN Radio”ya müsahibəsində iki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcəyini bildirib.

Onun sözlərinə görə, gələn il sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan olacaq.

Test imtahanı
Test imtahanı

“Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.

M.Abbaszadə bildirib ki, hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır.

"Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modelisentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir”, o qeyd edib.

Test üsulunun tətbiqi-tarix

Teast imtahanı
Teast imtahanı

Azərbaycanda test üsulu ilə imtahan verilməsi 1992-ci ildən həyata keçirilir. 1992-ci ildən 2016-cı ilə kimi DİM Tələbə Qəbulu üzrə Dövlət Komissiyası statusunda qəbul imtahanlarını həyata keçirən qurum kimi fəaliyyət gösətrib. 2016-cı ildən TQDK Dövlət Qulluğuna Qəbul Məsələləri üzrə Komissiya ilə birləşdirilərək Dövlət İmtahan Mərkəzi publik şəxs statusunda fəaliyyət göstərir.

Sosial şəbəkələrdə narahat münasibət

Xanım Abbaszadənin bəyanatı sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Sosial şəbəkə iştirakçılarının əksəriyyəti test imtahanlarının ləğv olunacağından narahtlığını ifadə edir.

Osman Gündüz: Ziddiyyətlər pik həddə çatıb

Azərbaycan Milli İnternet Forumunun prezidenti Osman Gündüz
Azərbaycan Milli İnternet Forumunun prezidenti Osman Gündüz

Azərbaycan İnternet Forunun prezidenti Osman Gündüz test imtahanlarının ləğvinin yenidən gündəmə gətirilməsini DİM və Təhsil Nazirliyi arasında kurikulum əsasında biliyin qiymətləndirilməsində tətbiq olunacaq metodla bağlı ziddiyyətlərin pik həddə çatması kimi qiymətləndirir.

Onun fikrincə, Dövlət İmtahan Mərkəzinin rəhbərinin bu bəyanatı gözlənilən idi.

Bu il ilk dəfə olaraq kurikulum əsasında təhsil alan 9-cu siniflərin buraxılış imtahanlarının nəticələri bütün təhsil ictimaiyyətini şoka saldı. 30 ballıq sistemlə 1-ci mərhələnin nəticələri aşağıdakı kimi olub : Riyaziyyat 0 – 18 bal ( 95 % ), Ana Dili 0 - 18 bal ( 82 %).

“Çünki bu il ilk dəfə olaraq kurikulum əsasında təhsil alan 9-cu siniflərin buraxılış imtahanlarının nəticələri bütün təhsil ictimaiyyətini şoka saldı. 30 ballıq sistemlə 1-ci mərhələnin nəticələri aşağıdakı kimi olub :
Riyaziyyat 0 – 18 bal ( 95 % ), Ana Dili 0 - 18 bal ( 82 %).

Bu, anlaşıqlı formada o deməkdir ki indiyədək ya kurikulum olmayıb ya da qiymətləndirmə metodikası düz olmayıb. Güman ki, DİM məktəblərdə tədrisin zəif olması, Təhsil Nazirliyi də qiymətləndirmənin düz olmadığı qənaətindədir”.

Ekspert güman edir ki, kimlərsə indiki məqamda məhz bu cür nəticələrdən, mövcud ziddiyyətlərdən istifadə edib yenidən test imtahanlarının ləğvinə nail olmaq istəyir.

”Əgər doğurdan da DİM bu qaydada qiymətləndirməyə davam etsə təbii ki, 2 il sonra kurikulum əsasında ali məktəblərə qəbul və elə buraxılış da iflasa uğrayacaq”.

İmtahanada tutulan kamera
İmtahanada tutulan kamera

Onun düşüncəsinə görə, həqiqətən ciddi problem var.

“Lakin fikrimcə problemin həlli üçün test imtahanlarının ləğvindən, imtahanların mərkəzləşdirimiş qaydada keçirilməsinin ləğvindən söhbət gedə bilməz . Bunlar indiki halda yolverilməzdir. Düşünürəm ki, şəffaf və ədalətli imtahan mühiti üçün, ictimai və dövlət nəzarəti üçün ciddi təminatlar olmadan nəhəng bir korrupsiya maşınının işə düşməsinə şərait yarada biləcək yeni bir sistemin yaradılmasına siyasi rəhbərlik də heç bir halda imkan verməz.
Eyni zamanda düşünürəm ki, DİM biliyin qiymətləndirilməsi istiqamətində son illərdə apardığı işləri daha da təkmilləşdirməlidir.

Düşünürəm ki, şəffaf və ədalətli imtahan mühiti üçün, ictimai və dövlət nəzarəti üçün ciddi təminatlar olmadan nəhəng bir korrupsiya maşınının işə düşməsinə şərait yarada biləcək yeni bir sistemin yaradılmasına siyasi rəhbərlik də heç bir halda imkan verməz.

Bu prosesə Təhsil Nazirliyinin ekspertləri cəlb edilməlidir. Yeni proqramlara uyğun ədəbiyyatlar, testlər və metodiki vəsaitlər hazırlanmalıdır. Həm Təhsil Nazirliyində, həm də elə DİM-də yeni proqramlara uyğun vəsaitlərin, testlərin hədsiz azlığı hiss olunur.

Son dövrlərdə DİM tərəfindən açıq tipli testlərin, mətn tipli testlərin və digər bu kimi mütərəqqi texnologiyaların tətbiqini qiymətləndirmədə irəliyə doğru addım kimi dəyərləndirmək olar.

Təhsilin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməlidir, tədris prosesi təkmilləşdirilməlidir”, o qeyd edib.

Osman Gündüz hesab edir ki, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində son zamanlar Təhsil Nazirliyi də müsbət addımlar atır.

”Fikrimcə, müasir texnologiyalar qiymətləndirmədə insan amilinin minimuma endirilməsinə, istənilən məntiqi prosesin avtomatlaşdırılmasına yetərincə imkan verir və test texnologiyalarını maksimum təkmilləşdirməklə bu prosesi ədalətli və şəffaf formada təşkil etmək mümkündür. Ümid edirəm ki DİM və TN arasında hazırda müzakirə mərhələsində olduğu bildirilən yeni qiymətləndirmə modeli də məhz mövcud sistemin ləğvini deyil, onun daha da təkmilləşdirilməsini nəzərdə tutur”, ekspert bildirir..

Qubad İbadoğlu: Tələbə qəbulunda test sistemini qoruyaq

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

İqtisad elmləri doktoru Qubad İbadoğlu insanları tələbə qəbulunda test sistemini qorumağa çağırır.

“Azərbaycanın müasir təhsil tarixində ən öyünüləsi sistem qəbul imtahanlarının testlə həyata keçirilməsidir. Bundan savayı ciddi uğurlara imza ata bilmədiyimiz, bu sahədə nəinki dünya, heç region çapında önə çıxmadığımız halda DİM sədrinin ali məktəblərə tələbə qəbulunda test sisteminin ləğv ediləcəyi, iki ildən sonra "yeni imtahan modeli" tətbiq

Azərbaycanın müasir təhsil tarixində ən öyünüləsi sistem qəbul imtahanlarının testlə həyata keçirilməsidir.

olunacağı ilə bağlı açıqlamalar ciddi məyusluq və narahatlıq doğurur. Odur ki, mən də qəbul imtahanında dəyişiklik zərurəti ilə bağlı əsassız qənaəti bölüşməyərək, onu rədd edir və gələcəyi düşünən hər kəsi etiraz səsini ucaltmağa səsləyirəm. Mayası korrupsiya ilə yoğrulan hazırkı hakimiyyəti ali məktəblərə tələbə qəbulundə 25 ildən sonra geriyə yönələn, rüşvətə yol açan dəyişikliklərə yol verməməyə çağırıram”, elmlər doktoru qeyd edib.

O eyni zamanda süal edir.

Abituryen jurnalı
Abituryen jurnalı

“Bilmək istərdik ki, nə baş verdi ki, DİM tələbə qəbulunda testdən imtina etməyə hazırlaşır? Əgər test sisteminin nöqsanları varsa (təbii ki, var), onda gəlin onları müzakirə edək, təkmilləşdirmək üçün yollar arayaq. Yoxsa, eyni məktəbdə oxşar proqramlarla təhsil alan şagirdlərə nədən fərqli qiymətləndirmə üsulu tətbiq olunmalıdır? Məgər, kurikukium tətbiq edilən hansı ölkədə test sistemi sıradan çıxıb? İctimaiyyəti narahat edən suallar çoxdur. Onları cavablandırmaq üçün təhsil işçilərinin iştirakı ilə müstəqil ekspert müzakirələrinə ehtiyac vardır. Belə müzakirələrdə ölkənin səciyyəvi xüsusiyyətlərini də nəzərə alınmalıdır.

Ekspert müzakirələri aparılmadan, "yeni imtahan modeli" bəlli olmadan uzun illərin sınağından çıxmış testin ləğvindən danışmaq yersiz və tezdir”, İbadoğlu yazır.

XS
SM
MD
LG