Accessibility links

Bakıda Amerika Təhsil Sərgisi açılıb [Video]


ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda Amerika Təhsil sərgisi təşkil edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat üçün açıqlamasında deyilir ki, sərgi Beynəlxalq Təhsil üzrə Amerika Şurası və Education USA-nın dəstəyi ilə həyata keçirilir.

Sərginin məqsədi ABŞ universitetlərində təhsil almaq imkanları, akademik təqaüd, maddi yardım və ərizə prosesi ilə bağlı insanları məlumatlandırmaqdır.

Təhsil sərgisi
Təhsil sərgisi

Sərgidə ziyatərçilər və ABŞ universitetlərinin təmsilçiləri ilə görüşən səfir Robert Sekuta bildirib ki, ABŞ-la Azərbaycan arasında mövcud olan 25 illik diplomatik münasibətlər dövründə Amerikanın müxtəlif dövlət proqramları çərçivəsində 7 min azərbaycanlı ABŞ-da təhsil alıb.

Onun sözlərinə görə, təhsil sərgisində ABŞ-ın müxtəlif sahələrini təmsil edən 11 müxtəlif təhsil müəssisəsinin nümayəndələri iştirak edir.

"Sərginin məqsədi azərbaycanlılara ABŞ-da təhsil almağın yollarını göstərmək və bu sahədə kömək etməkdir. Tələbələr ABŞ-da incəsənət, xarici dillər, texnologiya sahəsində təhsil almaqla həm ölkələr arasında körpü salır, həm də öz ölkələrinin inkişafına töhfə vermiş olurlar".

Səfirin sözlərinə görə, son illər ABŞ-da təhsil almaq istəyənlərin sayı artmaqdadır.

XS
SM
MD
LG