Accessibility links

ABŞ Səfirliyi Peşəkar İxtisasartırma Proqramını elan edib


ABŞ Səfirliyi Peşəkar İxtisasartırma Proqramını elan edib
ABŞ Səfirliyi Peşəkar İxtisasartırma Proqramını elan edib

ABŞ-ın Azərbaycandakı Səfirliyi sentyabrın 8-də ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu tərəfindən maliyyələşdirilən, ABŞ və xarici qurumlar arasında əlaqələrin yaradılması məqsədi daşıyan Peşəkar İxtisasartırma Proqramını (Professional Fellows Program) elan edib.

“Əgər siz universiteti bitirmişsinizsə, İngilis dilini sərbəst bilirsinizsə və dövlət sektorunda müvafiq təcrübəyə malik olan 25-35 yaş arasında Azərbaycan vətəndaşısınızsa, bu proqrama onlayn şəkildə müraciət edə bilərsiniz”, Azərbaycan vətəndaşlarına müraciət edilib.

Müraciətlər noyabrın 5-dək qəbul olunacaq. Müraciət formasını aşağıdakı saytda doldura bilərsiniz.

https://ais.americancouncils.org/pfp

Əlavə məlumat üçün http://professionalfellows.americancouncils.org İnternet səhifəsinə daxil olun.

XS
SM
MD
LG