Accessibility links

Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı Azərbaycan dilli məktəblərə dərsliklər göndərib


Dərsliklər
Dərsliklər

Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycan dilli məktəblərinə 2018-2019-cu tədris ili üçün dərsliklər göndərib.

Report agentliyinin məlumatına görə, göndərilən vəsaitlərə 1-11-ci siniflər üçün, ümumilikdə, 24 127 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi daxildir.

Dərsliklər Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.

Nazirliyin Məktəbəqədər təhsil və ümumi təhsil departamentinin rəhbəri Mariam Çikobava dərsliklərə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Dərsliklərin yeni tədris ilinin başlanmasına qədər Azərbaycandilli məktəblərə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Təhsil Nazirliyinin Gürcüstanın Azərbaycandilli məktəblərə builki tədris ili üçün göndərdiyi dərsliklər 2017-2018-ci tədris ilə müqayisədə çoxdur. Belə ki, ötən il Azərbaycandan ümumi sayı 11 500 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllim üçün metodik vəsaitlər təqdim edilmişdi.

Gürcüstan Milli Statistika Komitəsinin son siyahıyalma əsasında tərtib etdiyi məlumata əsasən bu ölkədə 333 min azərbaycanlı yaşayır. Müstəqil ekspertlər Gürcüstanda 500 minədək azərbaycanlının yaşadığını bildirir. Bu ölkədə 150-dək Azərbaycan dilli məktəb var.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG