ABŞ-ın Azərbaycandakı Səfirliyinin İctimai əlaqələr üzrə müşaviri Mişel Petersen Cəbrayıl rayon İcra Hakimiyyəti və Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə birgə Bilasuvar şəhərində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə Gələcəyin Kodlaşdırılması proqramının sona çatmasını qeyd edib.
ABŞ Səfirliyi tərəfindən maliyyələşdirilən proqramın məqsədi 12-15 yaşlı məcburi köçkün məktəblilərinin əsas kodlaşdırma bacarıqlarını inkişaf etdirərək rəqəmsal iqtisadiyyata qatılmalarını təmin etməkdir.
5 könüllü mütəxəssis 45 məcburi köçkün məktəblisinə 10 günlük Tədris Düşərgəsndə kodlaşdırma üzrə təlim keçib. Tədris Düşərgəsi Biləsuvar şəhərində Azərbaycanın Cəbrayıl rayonundan olan məcburi köçkün qəsəbələrindən birində keçirilib. Tədris Düşərgəsinin kurikulumuna Scratch (MIT tərəfindən hazırlanmış vizual proqramlaşdırma dili), HTML / CSS və Python əsasları (CodeClub.org modeli) daxildir.
Tədris Düşərgəsindən sonra təlimçilər məktəblilərə öyrəndiklərinə əsaslanan tətbiqləri inkişaf etdirmək şansı verən rəqabət elan edib. Ən yaxşı 3 tətbiq Coding Akademiyasında pulsuz təhsil, kompüter və smartfonla mükafatlandırılıb. Xəbəri ABŞ-ın Azərbaycandakı Səfirliyi yayıb.