Accessibility links

Bakıda Amerika Universitetlərinin Təhsil Sərgisi keçiriləcək


Oktyabrın 20-də saat 16-dan19-dək Hilton Bakı otelinin Sevda zalında Education USA, ABŞ Səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə “Amerika Universitetlərinin Təhsil Sərgisi” keçiriləcək.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Sərgi xaricdə təhsil almaq istəyən hər kəs üçün doqquz ABŞ universitetinin nümayəndələri, mübadilə proqramlarının məzunları ilə birbaşa danışmaq, universitet proqramları, ərizə prosedurları, təqaüdlər, tələbə həyatı və ABŞ-da mədəni uyğunlaşma haqqında ətraflı məlumat almaq üçün imkan yaradır.

Sərgidə ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndələri də iştirak edəcək.

Educatin USA ABŞ-da rəsmi qeydiyyata alınmış ali təhsil müəssisələri haqqında dəqiq, hərtərəfli və qərəzsiz məlumat verərək, tələbələrin ABŞ-da ali təhsil almalarına yardım edir. Education USA ABŞ ali təhsil sisteminin rəsmi mənbəyidir və bu il yanvar ayından etibarən Azərbaycanda 1500-dən çox insana xidmət göstərib.

XS
SM
MD
LG