Accessibility links

Ermənistan Bakıda keçiriləcək Kimya Olimpiadasına qatılacaq


Müəllim dərsdə
Müəllim dərsdə

Ermənistan Bakıda keçiriləcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcək.

Turan agentliyi Ermənistan Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Olimpiadanın Təşkilat Komitəsinin sədri Nərgiz Paşayevadan müvafiq dəvət alınıb.

Ermənistan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında iştirakının əhəmiyyətini nəzərə alaraq, müsbət qərar qəbul edilib. Ermənistan nümayəndə heyətinə şəxsən nazir Armen Aşotyan rəhbərlik edəcək.

Bu arada Ermənistan tərəfi Azərbaycandan nümayəndə heyəti üzvlərinin təhlükəsizliyinə zəmanətin təsdiq edilməsini gözləyir.

Azərbaycanın Təhsil Nazirliyindən şərh almaq mümkün olmayıb.

47-ci Beynəlxalq Kimya Olimpiadası iyulun 20-29-u tarixlərində Bakıda keçiriləcək. Olimpiadada dünyanın 80-ə yaxın ölkəsinin nümayəndələri iştirak edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG