Accessibility links

İsrail Qəzza Zolağından uçan dronu vurub


İsrail hərbi qüvvələriQəzza Zolağından İsrailə uçan pilotsuz təyyarəni vurduğunu bildirir.

Sözçü bildirib ki, İsrail qüvvələrinin Patriot raketi ilə zərərsizləşdirdiyi dron Qəzza Zolağı ilə Tel Əviv arasında yerləşən Aşdod şəhəri üzərindən uçurdu.

Hərbiçilər eyni zamanda Həmas yaraqlılarının Qəzza Zolağından bir neçə raket atdığını deyib. İsrail döyüş təyyarələri raket hücumlarının qarşısını almaq məqsədi ilə bir həftə davam edən kampaniyasının bir hissəsi olaraq bir gecədə onlarla fələstinlilərə məxsus obyekti hədəf alıb.

BMT baş katibi Ban Ki-Mun zorakılıqla bağlı narazılığını ifadə edib və hər iki tərəfin döyüşləri dayandırmaq istiqamətində təcili addımlar atmalarını tələb edib.

Cənab Ban açıqladığı bəyanatında Həmasın raket hücumlarının beynəlxalq qanunlara ziddir olduğunu bildirib, və eyni zamanda deyib ki, İsrailin hava hücumları nəticəsində çox sayda fəlsətinli ölüb.

Fələstin rəsmiləri İsrail hücumlara başladıqdan bəri hərbiçilər də daxil olmaqla 160-dan çox fələstinlinin öldüyünü bildirir. Ölənlərin əksəriyyətinin mülki vətəndaş olduğu deyilir.

XS
SM
MD
LG