Accessibility links

Suriyanın Hasaka vilayətində silsilə bomba hücumları


Ölkədə diplomatiyanın yeni dalğasının başlandığı bir vaxt Suriya monitorinq qrupu daha bir zorakılıq aktının, silsilə bomba hücumlarının azı 22 nəfərin ölümünə səbəb olduğunu bildirib.

Suriyanın İnsan Haqlarının Müşahidəsi Qrupuna istinadən bildirilir ki, yük maşınlarına yerləşdirilmiş bombalar Hasaka vilayətinin kürdlərin nəzarətində olan Tel-Tamir şəhərindəki səhiyyə mərkəzi və bazarda işə düşüb.

Baş qərargahı Britaniyada yerləşən və Suriyada şəbəkələri olan təşkilat bu gün həyata keçirilən bomba hücumları zamanı çox sayda insanın yaralandığını , ölənlərin isə sayının artacağını bildirib.

Birləşmiş Ştatların hava hücumlarının köməyi ilə İslam Dövlətinin nəzarətindən geri alınan Tel-Tamir hazırda kürdlərin YPG ordusunun nəzarətindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bayden ABŞ-ın Avropadakı hərbi mövcudluğunu gücləndirəcəyini deyib
please wait

No media source currently available

0:00 0:11:23 0:00
XS
SM
MD
LG