Accessibility links

Şimali Koreyada 17 ay həbsdə olan amerikalı kollec tələbəsi "ağır nevroloji travma" alıb


Şimali Koreyada 17 ay həbsdə olan amerikalı kollec tələbəsinin ağır nevroloji travma keçirdiyi bildirilir.

22 yaşlı Otto Varmbier dərhal Sinsinnati xəstəxanasına yerləşdirilib.

Varmierin valideyinləri oğullarının 1 ildən çoxdur komada olduğunu deyib və onun vətənə geri göndərilməsini tibbi evakuasiya adlandırıb.

Şimali Virciniya Universitetinin tələbəsi olan Varmbier propaqanda posteri oğurlamağa cəhd etdiyinə görə 15 illik həbs cəzasına məhkum edilmişdi.

Varmbierin azadlığa buraxıldığına dair xəbər keçmiş professional basketbol ulduzu Dennis Rodmanın çərşənbə axşamı Şimali Koreyaya səfər etməsinə təsadüf edir. O, bu səfərin ABŞ prezidenti ilə Pxenyan lideriləri arasında “qapıları açacağına” ümid edtdiyini deyib.

ABŞ dövlət katibi Reks Tillerson bildirib ki, Dövlət Departamenti Varmbierin tərxisinə prezdient Donald Trampın göstərişi nəticəsində nail olub. Rəsmilər bunun üçün bir sıra diplomatik addımlar atıblar. Buna Dövlət Departamentinin xüsusi nümayəndəsinin Pxenyanın yüksək səviyyəli səfəri daxildir.

Dövlət Departamenti Şimali Koreyada həbsdə olan digər üç amerikalının sərbəst buraxılması üzərində çalışdığını bildirir.

XS
SM
MD
LG