Sentyabrın 28-29-da Rusiya Sərhəd Xidmətinin sərhəd gözətçi gəmisinin və Azərbaycan Dövlət Sərhəd Xidmətinin gəmilərinin iştirakı ilə Xəzər dənizinin Azərbaycana mənsub olan hissəsində birgə sərhəd təlimi keçirilir.
Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat verir.
Xəbərdə təlim barədə detallı məlumat yer almayıb.