Oktyabrın 5-dən Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu ilə komanda-qərargah təlimləri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə bu təlimlərdə Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüş fəaliyyətlərinin qərargahlar tərəfindən idarə olunması bacarıqları yoxlanılacaq.
Təlim tapşırıqlarının işlənib hazırlanması ilə yanaşı mürəkkəb əməliyyat şəraitində qoşunların idarə edilməsi, müxtəlif səviyyəli qərargahların uzlaşması, döyüş xidmətinin təşkili və aparılmasının yoxlanılması da nəzərdə tutulur.
Komanda-qərargah təlimləri oktyabrın 8-dək davam edəcək.