Accessibility links

USAİD Azərbaycanda iqtisadi jurnalistika təlimi keçib


USAİD Azərbaycanda iqtisadi jurnalistika təlimi keçib
USAİD Azərbaycanda iqtisadi jurnalistika təlimi keçib

Okltyabrın 2-dən 5-dək ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) müxtəlif xəbər agentliklərini və nəşrləri təmsil edən 10 azərbaycan jurnalisti üçün iqtisadi jurnalistika sahəsində təlim təşkil edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Tədbirin məqsədi jurnalistlərə yerli və beynəlxalq iqtisadi məlumat bazalarından istifadə, iqtisadi məlumatların yoxlanılması, habelə asan oxunan və rəqəmlərə əsaslanan məqalə və reportajların hazırlanması sahəsində təlim keçmək idi.

USAID ABŞ-da, regional, qlobal və ya ölkə daxilində təlimlər, seminarlar və konfranslar vasitəsilə bütün dünyada mediya proqramlarına dəstək göstərir. Bütün bunlar azad və açıq demokratik cəmiyyət üçün fundamental olan azad mətbuata dəstək, habelə jurnalist etikası və peşəkarlığını təşviqi sahəsində ABŞ səylərinin bir hissəsidir.

Mətbuat xidməti bildirir ki, son 25 il ərzində ABŞ hökuməti məlumat əlçatanlığının təkmilləşdirilməsi və jurnalistlərin peşəkar bacarıqlarının artırılması sahəsində bir çox layihələrdə Azərbaycan hökumətilə sıx əməkdaşlıq edib. Bunlar arasında kənd yerlərində vətəndaşların internetə çıxışının təmin edilməsi, habelə peşəkar jurnalistika və jurnalist etikası sahəsində təlimləri göstərmək olar.

XS
SM
MD
LG