Accessibility links

NATO mütəxəssisləri Azərbaycan hərbçilərinə təlim kursları təşkil edib


NATO mütəxəssisləri Azərbaycan hərbçilərinə təlim kursları təşkil edib
NATO mütəxəssisləri Azərbaycan hərbçilərinə təlim kursları təşkil edib

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2018-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Şimali Atlantika Alyansının Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının və Portuqaliyada yerləşən Birləşmiş Təhlil və Təcrübələrin Öyrənilməsi Mərkəzinin mobil təlim qrupları tərəfindən Bakıda “NATO-nun əməliyyatların qiymətləndirilməsi” və “NATO-da təhlil və təcrübələrin öyrənilməsi” mövzularında təlim kursları təşkil olunub.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə kurslar müddətində NATO-nun nümayəndələri dinləyicilərə NATO-da əməliyyatların qiymətləndirilməsi, əməliyyatların qiymətləndirilməsinin və planlanmasının nəzəriyyəsi, alyansda təcrübələrin toplanması və əməliyyat planı, əməliyyatlar zamanı təcrübələrin toplanması, analiz metodları, təcrübələrin öyrənilməsi prosesində qiymətləndirmə və digər mövzular barədə məlumatlar verilərək sindikatlar keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG