Accessibility links

Mişel Temer vəzifəsini icra etməyə davam edəcək


Millət vəkilləri tərəfindən keçirilən və prezidentin vəzifəsindən kənarlaşdırılması ilə nəticələnə biləcək ilk səsvermə prosesi Braziliya prezidenti Mişel Temerin lehinə başa çatıb.

Braziliyanın konqres komitəsi Temerin korrupsiya ittihamlarına görə məhkəmə qarşısına çıxmasının əleyhinə səs verib.

Prokurorlar prezident və köməkçisinin iş müqaviləsinə müdaxilə etdikdən sonra rüşvət aldığını iddia edib.

Konqresin ən aşağı palatası gələn həftə ittihamlarla bağlı səsvermə keçirəcək. Əgər qanunvericilərin üçdə ikisi iddianaməni təsdiqləsə, Temer Senat tərəfindən 6 aya qədər müddətə vəzifəsindən kənarlaşdırıla bilər.

Avqust ayında ona qarşı qaldırılan bunabənzər rüşvət ittihamları da Mişel Temerin lehinə sonlanmışdı.

XS
SM
MD
LG