ABŞ ictimai səhiyyə rəsmilərinin bildirdiyinə görə, ölkə boyu yayılmış ciddi tənəffüs orqanı virusu 4 nəfərin həyatına son qoyub.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin rəsmiləri deyir ki, ölüm hallarında Enterovirus-68 kimi tanının virusunun nə kimi rol oynadığı hələlik müəyyyən edilməyib. Ölənlər arasında Rod Aylend ştatından 10 yaşlı qız da var.
Mərkəzin məlumatına görə, 42 ştat və paytaxt Vaşinqtonda 500-dən çox insan EV-D68 virusuna yoluxub və onların çoxu uşaqlardır. EV-D68 sadə virus olsa da, səhiyyə rəsmiləri deyir ki, ötən illərlə müqayisədə bu il bu virusa yoluxanların sayı normadan çoxdur.
Rəsmilər hazırda Kororado ştatının Denver şəhərində iflic və əzələ zəifliyindən əziyyət çəkən körpə uşaqların bu virusla mümkün bağlılıqlarını araşdırır.
Virus qızdırma, öskürək və başqa simptomlara səbəb olur və ciddi tənəffüs problemləri ilə nəticələnə bilər.