Britaniyanın baş naziri Tereza Mey hal-hazırda Çindədir. Baş nazirin üç günlük səfərinin məqsədi ölkəsinin Avropa İttifaqını tərk etməsi ərəfəsində Asiya nəhəngi ilə iqtisadi bağları gücləndirməkdir.
Mey çərşənbə günü baş nazir Li Ketsyan ilə Pekində baş tutacaq görüşdən öncə Çinin Vuhan adlı sənayə şəhərinə baş çəkib.
Baş nazirini müşayiət edən onlarla britaniyalı iş adamı öz bizneslərini dünyanın ikinci ən nəhəng iqtisadiyyatında genişləndirməyə ümid edirlər.
Mey cümə axşamı Pekində prezident Şi Tsinpin ilə görüşəcək və səfərini cümə günü regionun maliyyə mərkəzi Şanxaya baş çəkərək tamamlayacaq.
Britaniya baş naziri keçmişdə Çindən gələn sərmayələrə ehtiyatla yanaşıb. 2016-cı ildə o, Çinin maliyyə dəstəyi ilə İngiltərənin cənubunda tikilməli olan nüvə elektrik sahəsinin icazəsini yubaddığına gərə Pekini qəzəbləndirmişdi.