Accessibility links

"Terrorizmlə mübarizə icmalar və təhlükəsizlik qüvvələrinin əlaqələri ilə başlayır"


Terrorizmlə mübarizə icmalar və təhlükəsizlik qüvvələrinin əlaqələri ilə başlayır. Bunu ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin məsləhətçisi Mayls Teylor deyib.

Terror hücumları təhlükəsinin qarşısı daha tez alına bilər. Teylor bildirib ki, bunun açarı icmalarımızın əlindədir. İcmalarla davamlı əlaqə ekstremizmi aradan qaldıra bilər.

Vaşinqtonda təşkil edilən görüşdə Teylor təhlilçilərlə mütəşəkkil cinayətlər, sosial narahatlıqlar və qansterlərlə əlaqəli fəaliyyətlərin icmalara olan risklərini müzakirə edib.

Əhatəli strategiya

ABŞ son illər zorakı ekstremizmə qarşı bir sıra anti-terror təşəbbüsləri ilə çıxış edib. Amerikanın Səsinin bir neçə xidmətinə bunun üçün əlavə vəsait ayrılıb.

Kürd kirmanci, kürd sorani, fars, urdu, pəştu, türk və rus xidmətləri İŞİD və digər ekstremist qruplaşmaların fəaliyyətlərini araşdırır.

Program yerli icmalar, dini liderlər, hüquq-mühafizə orqanları, səhiyyə işçiləri, müəllimlər və sosial xidmət sahəsinin əməkdaşları ilə iş birliyini nəzərdə tutur.

Bu xidmətlərin zorakı ekstremizlə mübarizə planı neo-nasist və solçu ekstremist qruplar da daxil edilməklə, yalnız cihadçılar, regionlar və ya ideologiyalarla məhdudlaşmır.

Proqram stigmatizm kimi hallara yol verilməməsini də diqqətdən yayındırmır.

Ekspertlər hər sahədə fərqli üsullardan istifadə edilməli olduğunu deyir. İnsanlara pozitiv alternativlər təklif etməklə, onları ekstremist qruplardan uzaq tutmaq olar.

XS
SM
MD
LG