Accessibility links

Terrorun uşaq qurbanlarının taleyi nə olacaq?


İraqda valideynlərinin terrorçular tərəfindən öldürülən uşaqların taleyi narahatlıq mövzusudur.

Onlardan Maya adlı qızın hər iki valideyni İslam Dövləti qrupu tərəfindən qətlə yetirilib. O və onun 4 bacı-qardaşı qurbanlar arasındadır.

2 yaşlı gülərüz Maya keçmişini heç vaxt xatırlaya bilməyəcək. Maya onun əsl adı deyil.

"O, çox aqır, sümükləri çıxşmış vəziyyətdə bura gətirilmişdi" – deyə, Uşaq və Qadın Mərkəzinin direktoru Səkinə Məhəmməd bildirib.

"Onun 6 qabığası qırıq idi”- Səkinə digər bir körpəyə işarə edərək deyib.

​Yardım işçiləri İraq rəsmilərinin kimsəsizlər, seks qurldarlığına verilmiş uşaqlar, xarici döyüşçülərin uşaqları kimi kateqoriyalara bölmüş bu uşaqların ağrılı həyat başlanğıcına diqqət yetirməyə çağırıb.

İŞİD-in həyata gətirdiyi və ya böyütdüyü uşaqların heç biri cəmiyyətə hədə deyil. Lakin rəsmilər onların damğalanmış olacağından ehtiyat edir.

“Mayanın xoşbətliyi üçün ən böyük şans onun övladlığa götürülməsidir” – deyə, Səkinə bildirib.

"Biz uşaqların İŞİD döyüşçülərinin olduğunu heç kimə demirik, çünki terror qrupundan intiqam almaq istəyənlər onlara sahib çıxmayacaq”, Səkinə deyib.

Ən talesizlər

İŞİD döyüşçülərinin daha böyük uşaqları bağışlanmaq kimi bir mərhəmətdən məhrumdurlar.

Beynəlxalq Miqrasiya Təşkilatının Həcc Əli düşərgəsindəki yardım işçisi Dəlal Tariq orada İŞİD-in öldürülmüş və ya həbs edilmiş üzvlərinin həyat yoldaşları və uşaqlarının qorxu içərisində yaşadığını deyib.

Uşaqlar əsgərlərin onları döyəcəyindən qorxur.

İraqda İŞİD-ə qarşı mübarizə rəsmən başa çatdırılsa da və ailələrə qarşı heç bir cinayət ittihamı irəli sürülməsə də, düşərgələr uşaqlar üçün yaxşı bir variant deyil. Bunu 3 uşaqlı ana, öldürülmüş İŞİD döyüşçüsünün həyat yoldaşı Hoda bildirib.

​Onun kəndində belə uşaqlara təhdid kimi yanaşılır və yerli rəsmilər ona geri dönməmək barədə xəbərdarlıq verib.

Əks tədirdə, onlar hücum və qisaların hədəfinə çevriləcək.

Aşkar edilməzdən öncə

Mosuldakı uşaq evlərində onlarla kimsəsiz uşaq övladlıq sırasında gözləyir.

"Uşaqların hamısı dəhşətli durumda aşkar edilib. Biz susuzluqdan əziyyət çəkən bir uşaq tapdıq. O, bir neçə gündən sonra xəstəxanada vəfat etdi” – deyə, Mosul ofisindən Məhəmməd bildirib.

Bəzi körpələr İraq qüvvələrini atəş xəttinə cəlb etmək məqsədi ilə yem kimi küçələrə atılıb. Digərləri dağıntılar altında aşkar edilib.

Valideynləri tərəfindən seks quldarlığına məcbur edildiklərinə görə qəbul edilməyən uşaqlar da az deyil. Bir oğlan uşağı bomba hücumu nəticəsində dağılan evdə 7 gündən sonra tapılıb.

Xarici uşaqlar

İraq və Suriyadakı İŞİD yaraqlılarının övladları damğalardan azad olmayacaq. Məhəmmədin dediyinə görə, bəzi ölkələr artıq onları qəbul edib.

Ötən ay 3 uşaq Fransada ailələrin himayəsinə verilib. Baxmayaraq ki, onların bacı və qardaşları 1400 xarici anaları ilə hələ də İraqdadır.

Almaniya, Rusiya, Çeçenistan və digər ölkələr də uşaqların geri qaytarılması tələbi ilə müraciətlər edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG