Accessibility links

Tramp 11 sentyabr hücumları qurbanlarının xatirəsini anır


Donald Tramp ABŞ prezidenti kimi ilk dəfə 2001-ci il 11 sentyabr hücumlarının anım tədbirlərində iştirak edir.

Tramp ABŞ ərazisində ən böyük terro aksiyalarının 16-cı il ildönümünü Ağ Evdə səhər saat 8:40-da bir dəqiqəlik sükutla yad edib. Xatırladaq ki, Əl-Qaidə terrorçuları tərəfindən qaçırılan təyyarə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinə həmin vaxt çırpılmışdı.

Qaçırılan ikinci təyyarə 23 dəqiqə sonra Dünya Ticarət Mərkəzinin ikinci qülləsinə çırpılmış və daha sonra hər iki nəhəng bina çökmüşdü.

Tramp həm də Pentaqonda keçiriləcək xatirə mərasimində iştirak edəcək. Qaçırılan dörd təyyarədən biri bu binaya çırpılaraq, ciddi xəsarət yetirmişdi.

ABŞ vitse-prezidenti Mayk Pens qaçırılan digər təyyarənin çırpıldığı sahəyə, Pensilvaniyanın Şanksvil şəhərinə səfər edəcək. Sərnişinlər həmin təyyarədə nəzarəti ələ almağa çalışanda, bıçaqla silahlanmış terrorçular təslim olmaq əvəzinə qəza törətmək qərarı veriblər. Ehtimal edilir ki, həmin təyyarə Vaşinqton şəhərinə istiqamət alaraq, Kapitoli binası, və ya Ağ Evi hədəf alacaqdı.

Qaçırılan dörd təyyarədə olan sərnişinlərin hamısı həlak olmuşdu. Nyu-Yorkda və Pentaqonda olan itkilərlə bərabər, həmin terror hücumu 3000 nəfərin həyatına son qoymuşdu.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG