Accessibility links

Azərbaycan Sankt-Peterburq metrosunda törədilən terroru pisləyir


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi Sankt-Peterburq metrosunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktlarını qəti şəkildə pisləyir. Bu barədə Sankt-Peterburq metrosunda törədilmiş terror aktları ilə əlaqədar Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Bu terror aktları nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, dost və qonşu Rusiya xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyir”, sənəddə qeyd edilir.

Azərbaycan prezidenti İlham Əliyev də Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.

“Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı. Biz heç bir təqsiri olmayan dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik”, Əliyev qeyd edib.

İlkin məlumatlara görə, partlayışlar zamanı yaralananlardan Zaur Vəliyev adlı şəxs azərbaycanlıdır.

Partlayışlar nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.

XS
SM
MD
LG