Paris hücumlarından sonra rəsmilər terror şəbəkəsini dağıtmaq üçün çoxsaylı reydlər və həbslər həyata keçirib. Maraqlıdır ki, istintaq zamanı ən mühüm vasitələrdən biri sosial şəbəkələr olub.
Bu cinayət səhnəsi kütləvi reydlərə səbəb olub.
"Böyük hücumdan sonra biz növbəti hücumlardan narahat olmağa başlamışıq, ona görə də bu şəbəkənin kimlərdən ibarət olduğuna, onlar növbəti hücumu həyata keçirməmişdən əvvəl onları necə zərərsizləşdirəcəyimizə əmin olmaq istəyirik" - deyə Corc Vaşinqton Universitetindən ektremizm üzrə təhlilçi Simus Hyuncs bildirir.
Proses cinayət səhnəsindən başlayıb. Bütün cinayət istintaqlarından olduğu kimi polis ərazini mühasirəyə alır və kriminalistlər dəlil toplamaq və barmaq izləri üçün toz hissəciklərini toplayır.
Terrorçular qaçdıqca özləri ilə fiziki izlər buraxır və əlbəttə ki, onların sosial şəbəkələrdəki elektron izləri də istintaqçılara açıqıdır.
"Onların telefon nömrələri, bütün məlumatları, email məlumatları, mesajlaşma və eləcə də Facebook və Twitter məlumatları toplanır" - deyə keçmiş FBI agenti Reymond Batvinis təcrübəsini bölüşür.
Bir çox terrorçu üçün təmas nöqtəsi olan sosial şəbəkələr istintaq prosesini sürətləndirməyə kömək edir.
Simus Hyuncs: "Hücumçuların və eləcə də İŞİD-ə qoşulanların yaşlarına baxada onların cavan olduğunu görürük, deməli onlar sosial şəbəkələrdədirlər, profilləri var, onlar bundan illərdir istifadə edirlər. Oraya baxaraq onların şəbəkəsini aydın etmək olur".
Paris hücumunun nümunəsində təhqiqatçıları hansı məhəllələrə istiqamətlənməsinə həyatda qalan terrorçular kömək edib. Gördüyünüz kimi burada da Paris hücumçularından birinin anası sorğu-sual üçün aparılır.
Reymond Batvinis: "Biz qapıları döyəcəyik, zəngləri çalacağıq, bütün gecəni orada olub insanları çarpayısında çıxaracağıq və deyəcəyik ki, sizin adanız orada olub. Gəlin oturaq və söhbətləşək".
Bu sorğu-suallar təhqiqatçıların yeni terror şəbəkələrini tapmasına, növbəti hücumların qarşısını almaq üçün reydlər keçirməsinə kömək edir.