Accessibility links

Terrorizmin "yalnız qurd" anlayışı [Video]


Terrorizmin "yalnız qurd" anlayışı
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Terrorizmin "yalnız qurd" anlayışı

2017-ci ilin mart ayı. Tək bir adam mikroavtobusu Londonun Vestminster körpüsünündə insanların üzərinə sürərək 4 nəfərin ölümünə səbəb olur. Daha sonra isə bir polisi bıçaqlayaraq öldürür.

Üç ay sonra bir nəfər yük maşınını Londonun şimalında yerləşən məscidinin ətrafına toplaşan insanların üzərinə sürür.

Oktyabr ayında Stefan Paddok Las Veqasdakı musiqi festivalına toplaşan kütləni atəşə tutaraq 58 nəfəri qətlə yetirir.

Həftələr sonra bir nəfərin miktoavtobusu Nyu Yorkdakı velosiped cığırına sürməsi nəticəsində 8 nəfər həyatını itirir.

Bütün bu hadisələr son zamanlar baş verən, siyasətçilər və media tərəfindən “yalnız qurd” terrorizmi adlanan hadisələrdən bəziləridir.

Ancaq dünyadakı son 100 terror hücumu ilə bağlı araşdırmanın müəlliflərindən biri, terror mütəxəssisi olan Pol Gil bu terminin faydasız olduğunu bildirir.

“Tərki-dünya halında radikallaşma çox nadir hallarda baş verir. Bu, adətən ya üz-üzə, ya da onlayn insanlarla qarşılıqlı mühit şəraitində yaranır. Onların təxminən 60 faizi ailəsinə və ya dostlarına öz planları haqqında əvvəldən məlumat verir." - deyə, Pol Gil bildirib.

Polisin bildirdiyinə görə, bu təsvir Mançester şəhərində təkbaşına bomba partladan, amma öz planları haqqında başqalarına məlumat verən Salman Ramazanın xarakteristikasına uyğun gəlir.

Gil əlavə edir ki, həmçinin “qurd” ifadəsi də yalnışdır.

“Bu ifadə onları bacarıqlı, diribaş, öz güclərinə yaşaya bilən kimi göstərir və bu da çox təhlükəlidir. Ancaq həqiqət odur ki, onların əksəriyyəti axmaqdır və çox səhvlər edir. Onların çoxunun kriminal, zorakılıq hadisələri və ruhi xəstəlik kimi keçmişləri var."

Bu da imkan verir ki, kəşfiyyat orqanları həmin insanları müəyyən edə və hadisələrin qarşısını ala bilər. Onların qarşısını ala bilmədikləri hadisələr isə media orqanları tərəfindən radikallaşma “yalnız qurd” etiketi kimi insanlara təqdim edilir.

“Həmin insanların bir çoxu özünə şəxsiyyət qazandırmağa çalışır. Onlar böyük, güclü insan təsiri bağışlamaqla uzun müddət insanların yaddaşında qalmaq və ilahiləşmək istəyirlər. Beləliklə, media onların görüntüsünü şişirtməklə həmin insanların istəklərini reallaşdırır."

Gil əlavə edir ki, radikallaşma daha çox onlayn baş verir. Buna görə də sosial media şirkətləri bomba hazırlanması videoları kimi insanları radikallaşdıran, hücumlara təşviq edən materialları tez bir zamanda internetdən silməlidir.

XS
SM
MD
LG